Azərbaycan millisinin və "Neftçi"nin kapitanı Emin Mahmudov karyerasını Şotlandiyada davam etdirə bilər.
Fanat.Az "Daily Record"a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin adı "Harts"la yanaşı çəkilir.
Azərbaycanlı yarımmüdafiəçi yerli media tərəfindən Edinburq təmsilçisinin orta xəttindəki problemləri aradan qaldıra biləcək əsas varinatlardan biri qismində təqdim olunub. Onun bakılılarla olan müqaviləsinin müddətinin cari mövsümün sonunda bitəcəyi vurğulanıb və bu keçidin "Harts"a havayı başa gələ biləcəyi qabardılıb.
Qeyd edək ki, Rusiyanın "Saturn" klubunun yetirməsi olan Emin 2016-cı ildən Azərbaycan millisinə çağırılır. Təcrübəli futbolçu daha öncə Rusiyada "Saturn", Moskva "Spartak"ı, "Krılya Sovetov" və "Mordoviya", Portuqaliyada isə "Boavişta"nın uğurları üçün çalışıb.
Nihat