Bu gün Misli Premyer Liqasında XI tur start götürüb.
Fanat.Az xəbər verir ki, günün yeganə matçında ölkə çempionu "Qarabağ" "Turan Tovuz"u qəbul edib.
"Azersun Arena"da baş tutan qarşılaşma Ağdam təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0.
Beləliklə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda bu mövsüm meydana çıxdığı 10-cu oyundan da maksimum nəticə ilə ayrılaraq, liderliyini möhkəmləndirib.
Qeyd edək ki, XI turun "Qəbələ" - "Kəpəz", "Sumqayıt" - "Zirə" oyunu oktyabrın 22-də, "Səbail" - "Şamaxı" və "Neftçi" - "Sabah" qarşılaşması oktyabrın 23-də olacaq.
Misli Premyer Liqası
XI tur
20 oktyabr
“Qarabağ” – “Turan Tovuz” 3:0
Qollar: Kvabena Ovusu, 2, Ramil Şeydayev, 42-pen. Filip Ozobiç, 53
Qarabağ: 23. Luka Quqeşaşvili, 7. Riçard Almeyda, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev (k), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 8. Marko Yankoviç, 20. Kadi Borges, 6. Julio Romao
Baş məşqçi: Qurban Qurbanov
Turan Tovuz: 1. Tərlan Əhmədli (k), 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 6. Turan Vəlizadə, 55. Xulu Siyanda, 17. Natan Oduva, 19. Runi Eva, 23. Okebuqvu Henri
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 22. Famil Camalov, 8. Şakir Seyidov, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 9. İmeda Aşortiya, 5. Ben Aziz Dao, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov.
Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Tural Qurbanov
AVAR: Cavanşir Yusifov
Hakim-inspektor: Gülağa Cabarov
“Azersun Arena”