"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XI tur oyunundan sonra ənənəvi mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, 41 yaşlı çalışdırıcı matçı belə dəyərləndirib:
"Qarabağ"la səfərdə oynamaq çox çətindir. Belə matçlar inkişafımız üçün lazımdır. Bir çox gənc oyunçularımız 90 dəqiqəni yaşamalıdırlar. Qarşıda çətin görüşlər gəlir. Bəzi mövqelərdə çətinliklər var. Qışadək dözmək lazımdır".