“Sumqayıt” Premyer Liqada 70-ci ev məğlubiyyətini alıb.
Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi Misli Premyer Liqasının XI turunun “Zirə” ilə görüşündə iki cavabsız qol buraxıb.
Komanda öz meydanındakı 169-cu qarşılaşmada 70-ci dəfə xalsız qalıb. Sumqayıtlılar evdə 70 və daha çox oyunda uduzan 5-ci komanda olub.
Qeyd edək ki, “Sumqayıt” ilk ev yenilgisini 2011-ci il avqustun 14-də “Qəbələ”dən alıb – 1:2.