"Qarabağ"ın UEFA Avropa Liqasının qrupundakı rəqiblərindən biri olan "Olimpiakos" heyətinə əl gəzdirməyə başlayıb.
Fanat.Az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, Abubakar Kamara yanvarda komandadan göndəriləcək.
Yayda "Aris"dən "Olimpiakos"a keçən 27 yaşlı hücumçunun qış transfer pəncərəsi dövründə əks-marşrutla geri dönəcəyi bildirilir. Belə ki, "Aris" mavritaniyalı forvardı geri qaytarmağa çalışır. Futbolçunun durumunu nəzərdə saxlayan "sarılar" yanvarda onu azad agent kimi əldə etməyə cəhd göstərəcəklər.
Abubakar Kamara Pirey təmsilçisinin heyətində Yunanıstan Superliqasında cəmi 1, avrokuboklarda isə 4 matça çıxıb. O, "Qarabağ"la Avropa Liqasının qrupundakı hər iki matçda iştirak edib.
Mirağa