Bu gün futbol üzrə Azərbaycan I Divizionunda 9-cu tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə 4 görüş baş tutub.
Bu matçlardan ikisində qapılara 4 qol vurulub. "Səbail-2" ilə "Sumqayı-2" məhsuldar heç-heçəyə razılaşıbsa, "Zaqatalara" "Şamaxı"nın əvəzedicilərini darmadağına məruz qoyub. "Qarabağ-2" isə evdə "İmişli"ni çətinliklə yenməyi bacarıb.
Nəhayət, turun son qarşılaşmasında "Neftçi" ilə "Kəpəz"in əvəzediciləri üz-üzə gəliblər. "Qərb təmsilçisi" divizionda artıq 4-cü qolunu vuran Rauf Əliyevin sayəsində hesabı açsa da, "ağ-qaralar" fasilə ərəfəsində bərabərliyi təmin edib. İkinci hissədə başqa qol vurulmadığından, "Neftçi" xal itkisi ilə barışmalı olub və beləliklə, lider "Araz Naxçıvan"la xal fərqini minimuma endirmək fürsətini qaçırıb.
Qeyd edək ki, turun digər oyunları dünən keçirilib.
I Divizion
IX tur
26 oktyabr
“Səbail-2” – “Sumqayıt-2” 2:2
Qollar: Ayaz Mikayılov, 4, Balamirzə Soltanov, 58 - Cavid Quliyev, 37-pen, Cavidan Abbaszadə, 64
Hakimlər: Rövşən Rəcəbov, Zöhrab Abbasov, Vüqar Bayramov, Rəsul Babayev
Hakim-inspektor: Gülağa Cabarov
“ASCO Arena”, 14:00
“Zaqatala”– “Şamaxı-2” 4:0
Qollar: Cəlal Cəbrayılov, 26, 50, 79, Valeh Qəhrəmanlı, 90
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Taleh Məmmədov, Sərxan İsmayılov
Hakim-inspektor: Feyzulla Feyzullayev
Zaqatala OİK stadionu, 14:00 (canlı/pfl.az)
“Qarabağ-2” – “İmişli” 1:0
Qol: Ruslan Bayramov, 84
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Zakir Şükürzadə, Cavid Cəlilov
Hakim-inspektor: İmanxan Sultani
Binə qəsəbə stadionu, 14:00 (canlı/pfl.az)
“Neftçi-2” – “Kəpəz-2” 1:1
Qollar: Vüsal Əsgərov, 45+2 - Rauf Əliyev, 30
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Teymur Teymurov, Kamran Əliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
Türk Hava Yolları Futbol Mərkəzi, IV meydança 15:00