Misli Premyer Liqasının XII turunda "Kəpəz" öz meydanında "Səbail"i 3:0 hesabı ilə məğlub edib.
Matçdan sonra Fanat.Az-a danışan Gəncə klubunun yarımmüdafiəçisi Tural Rzayev qələbəni azarkeşlətin sayəsində qazandıqlarını bildirib.
"Belə azarkeşlərin qarşısında oynamaq çox xoşdur. İstəyirdik evdə qələbə qazanaq. Şükürlər olsun ki, buna da nail olduq. Bütün komandanı təbrik edirəm. Azarkeşlərimizə isə təşəkkür edirəm. Bizə motivasiyanı azarkeşlər verdi".
Emin