"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli evdə "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XII tur oyununu şərh edib.
Fanat.Az xəbər verir ki, o, "CBC Sport"a açıqlamasında qarşılaşmanı belə dəyərləndirib:
"Qarabağ"a qarşı oynamağın xüsusiliyi var. 9 ildir Azərbaycanı Avropada layiqincə təmsil edirlər.
Heyətlə bağlı problemlərimiz var idi. Müəyyən kiçik zədəlilərlə bağlı risk etmədik. Rauf Hüseynli də cəzalı idi. Futbolçular ilk hissədə tapşırıqların öhdəsindən gəldilər. Fasilədən sonra gözləmədiyimiz anda qol buraxdıq. Ani diqqətsizlik oldu. Rəqib bunları bağışlamır. Üzgünük. "Qarabağ"a uğurlar arzulayıram. Azarkeşlərimizə təşəkküür edirəm".