"Qarabağ" kimi, azarkeşlər də "Frayburq"la bugünkü oyuna təşkilatlanmış şəkildə hazırlaşır.
Fanat.Az xəbər verir ki, "İmarət" azarkeş qrupu Avropa Liqasının qrupundakı son matça xüsusi şüar hazırlayır.
Bu barədə fanklub sosial şəbəkə hesabında paylaşım edib. "İmarət" Tofiq Bəhramov adına Respublika stadionunda “Azərbaycan bir olsun,istəməyən kor olsun” şüarını səsləndirəcək. Bununla bağlı paylaşımda bütün stadionun bu şüara qoşulması xahiş olunub.
Qeyd edək ki, "Qarabağ" - "Frayburq" matçı saat 21:45-də başlayacaq.