2022-ci ilin yanvar ayında fəaliyyətə başlayan “Neftçi” Futbol Məktəbinin filialı açılır.
Fanat.Az xəbər verir ki, məktəb Yasamalda fəaliyyət göstərəcək.
Futbolun sirrlərini öyrənmək istəyən 6-14 yaşlı uşaqlar “Neftçi” Futbol Məktəbinə müraciət edə bilər.
Qeyd edək ki, "Neftçi" Futbol Məktəbi "Neftçi" Peşəkar Futbol Klubunun nəzdində fəaliyyət göstərir. Məşqlər Bakıxanov qəsəbəsində yerləşən "Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilir. Məşq prosesində “Neftçi” Futbol Akademiyasının məşqçi, inzibati və tibbi heyəti iştirak edir.