18:43 05.11.2022 403

"Bu büdcə ilə dəyişikliyə ehtiyac görmürəm" - Fariz Nəcəfov

“Qəbələ”nin prezidenti Fariz Nəcəfov Premyer Liqanın XIII turunda “Zirə”ni məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlama verib. 

Fanat.Az klub rəhbərinin fikirlərini təqdim edir: 

- Sevincim qələbə ilə bağlı deyildi. Qolun gözəlliyinə görə yerimdən qalxdım. Bu gün daha çox istəkli idim. Bir növ komandada hər şey olunurdu, lakin son nöqtəni qoya bilmirdilər. Bu gün alındı.

- Son oyunlardakı şanssızlıq sizdə ümidsizlik yaradırdı, ya qələbəyə ümid yaradırdı?
- Oyunları təhlil etmək istəmirdim. Hər oyuna baxsaq, razılaşarsız ki, yaxşı futbol sərgiləmişik. “Şamaxı” ilə oyunu çıxmaqla qalan hamısında imkanlarımız oldu. Pis çıxmasın, bu gün “Zirə”nin 1 dənə epizodu olmadı. Bizdə isə 5-6 qol fürsəti yarandı. Özümdən yox, futbolçularda inamsızlıq yaranmasından qorxurdum.

- Matç azarkeşsiz keçirildi…
- Çox pis idi. Mənə pandemiya dövrünü xatırlatdı. Azarkeşsiz futbol yox kimidir. Sakitçilik adama qəribə gəlir.

- Ötən mövsümlə müqayisədə bu il komandanın oyununda sanki eniş var.
- Meydanda futbolçular çalışır. Məşqçilərlə də danışırıq. Çatışmayan cəhətləri müzakirə edirik. Epizodlarımız olur, lakin son nöqtəni qoya bilmirik.

- Klubun maliyyə durumu nə yerdədir?
- Bizim üstünlüyümüz, bəxtimiz onda gətirdi ki, UEFA-dan avrokuboklardakı iştiraka görə pul aldıq. İndi də büdcə üzrə pullar verilir. Büdcənin artırılması məsələsi bu mövsümlük bağlanıb.

- Qış fasiləsində yeni oyunçular cəlb ediləcək?
- Xeyr. Güclənməyimiz üçün büdcə lazımdır. O da yoxdur. Futbolçularımızı da satmayacağıq.

- Elmar Baxşıyevin gələcəyi ilə bağlı məsələ nə yerdədir?
- Bizim məşqçilərlə aramızda səmimiyyətimiz, inamımız var. Elmar Baxşıyevə böyük inamım var. Arzulayıram ki, ona böyük büdcə ilə komanda tapşıraq. Onun işini görürəm.

- AFFA klublara Müşahidə Şurası yaratmağı təklif edib. Sizin buna münasibətiniz nədir?
- Müşahidə Şurası məsələsi tövsiyə edilmişdi. Bu büdcə ilə dəyişikliyə ehtiyac görmürəm.

- Avrokuboklar üçün perspektivi necə görürsüz?
- Ötən il də bu məsələni çox danışdıq. Komandaya demişdim ki, sizdən bir nəticə istəmirəm. Gözəl, baxımlı futbol oynayın. Düşünürəm ki, bu il heyətimiz daha güclüdür. Avroliqada oynayıb, uğur qazanmaq şansımız az olsa da, getmək lazımdır. Bu, büdcəyə də xeyir verir. Medalçı olsaq da, olmasaq da avrokuboklara vəsiqə qazanmağa çalışacağıq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu üzəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.
X