12:35 09.11.2022 387

\"Şamaxı\" rəhbərliyi azarkeşlərə niyə \"yox\" deyib? - 4 fanatın izi ilə

Ötən tur səfərdə "Turan Tovuz"u yenərək (3:1) çempionatda ilk qələbəsini qazanan "Şamaxı"nı cəmi 4 azarkeşin dəstəkləməsi üzücü reallıq kimi yaddaşlarda qaldı.

Yalnız yerli oyunçulardan qurulmuş heyətin böyük əksəriyyətini gənclərin təşkil etdiyini nəzərə alsaq, rəqib meydanlarında keçirilən qarşılaşmalarda azarkeş amilinin nə dərəcədə həlledici olduğu məlum həqiqətdir. Düzdür, "aslanlar" Tovuz təmsilçisini cəmi 4 tərəfdarının gözü qarşısında üstələdi. Ancaq razılaşaq ki, bu qələbənin əsas səbəblərindən biri "Turan Tovuz"un zədələlilərin çoxluğu üzündən tam heyətlə mübarizə apara bilməməsi idi.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Şamaxı" rəhbərliyi azarkeşlərlə əlaqə baxımından ciddi problemlər yaşayır. Hətta komandanın bölgələrə səfərləri zamanı tərəfdarların matçları izləməsi üçün nəqliyyat vasitəsi də ayrılmır. Şübhəsiz, azarkeşlərə avtobus tapmaq klubun boynunun borcu deyil. Amma yazılmamış qanunlar da var ki, onları nəzərə almamaq ilk növbədə səriştəsizlik deməkdir.

Şamaxı təmsilçisinin rəsmi mövqeyini isə klubun mətbuat katibi Yusif Hüseynli belə açıqladı:

"Bu, nəqliyyat ayrılmaması ilə bağlı deyil. Tovuzdakı qarşılaşma iş gününə düşdüyü üçün azarkeşlərimiz bu oyuna gələ bilmədilər".  

Təki belə olsun. Bizə şikayət edən şamaxılı azarkeşlərin dediklərinin haradan qaynaqlandığını isə zamanla daha dəqiq biləcəyik.

Nihat 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

27 May 2025
20:52

İngiltərədə bunu "Çelsi"dən başqa heç kim bacarmayıb - Rekord

20:14

Nelson Semedu İngiltərə nəhənginə qoşulmaq üzrədir

19:50

Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə beynəlxalq yarışda iştirak edəcəklər

19:16

Minifutbol: İngiltərə ilk 1/4 finalçı oldu

18:49

İki aydır uduzmayan Bundesliqa klubu baş məşqçisi ilə vidalaşdı - RƏSMİ

18:14

"Əməlli-başlı ruh düşkünlüyünə qapılmışdım" - Antoni

17:50

Azərbaycan millisinin üzvü Niderlandın elita klubunda - RƏSMİ

17:34

"Qarabağ"ın qapıçısı milliyə dəvət aldı

17:16

Kilian Mbappe oyun nömrəsini dəyişir

16:58

Qakpo "Liverpul"u bu kluba dəyişə bilər - SON DURUM

16:40

Kapello "Milan"ı kimin çalışdırmalı olduğunu dedi: "Mən onu seçərdim"

16:21

Legioner limitinin ləğvi qərarında boşluq var - "İşbazlar" pusquda

16:03

Raul "Real Madrid"dən getdi - RƏSMİ

15:44

"Şərtlər qane etdiyinə görə, yeni müqavilə imzaladıq" - Elmar Baxşıyev

15:26

Rafael Ağayev millinin məşqini izlədi - FOTOLAR

15:08

Klub prezidenti De Bröyneni heyətə qatacaqlarını təsdiqlədi

14:50

Azərbaycanı DÇ-də təmsil edəcək cüdoçuların adları bilindi

14:34

"Araz-Naxçıvan"ın hazırlıq planları dəqiqləşdi

14:16

Elmar Baxşıyev yeni müqavilə imzaladı - RƏSMİ

13:58

Zanyolo iki futbolçunu vurdu - "Roma" bəyanat yaydı

13:39

"Şamaxı" kapitanını yola saldı - RƏSMİ

13:21

"Mançester Siti"dən Reynders üçün İtaliya nəhənginə rəsmi təklif - MƏBLƏĞ

13:02

"Milan"ın yeni idman direktoru bilindi - RƏSMİ

12:43

Nkunku "Çelsi"ni tərk edəcək, Londonu yox

12:24

Birinci Liqaya vəsiqə uğrunda pley-off oyununun təyinatları bilindi

12:05

Əfsanəvi Zidan Lamin Yamala heyran qalıb - "Həyatımda beləsini görməmişdim"

11:46

Azərbaycanın millisi Litva yığması ilə üz-üzə

11:28

Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq

11:09

"Barselona"da yeni oyunçu - Razılıq əldə olundu

10:50

"Liverpul"un çempionluq paradında faciə - VİDEO

10:13

Fərid Qayıbov federasiyalarla MDB Oyunlarına hazırlığı müzakirə etdi

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:23

Minifutbol: Azərbaycan millisi dünya çempionu ilə qarşılaşır

09:00

“Milan” Teo Ernandesi sabiq “Barselona”lı ilə əvəz edir

00:35

Azərbaycan çempionatı başa çatdı

00:16

DÇ: 1/8 final mərhələsinin cütləri bəlli oldu

26 May 2025
23:57

DÇ: Qrup mərhələsinə yekun vuruldu

23:37

Türkiyə Super Liqası: "Fənərbağça" İstanbula məğlub döndü

23:10

Ceyhun Sultanov yenə Axundovun yanında: Bu dəfə qardaşının

22:25

London nəhənginə Ronaldu ilə güclənməyi təklif etdilər - "O, hələ də inanılmaz forvarddır"

Facebookdan bizi izləməyi unutmayın.
X