Noyabrın 13-də Gəncəyə səfər edəcək "Turan Tovuz" yerli "Kəpəz"lə Qərb derbisində üz-üzə gələcək. Artıq tərəflər birinci dövrədə qarşılaşıb və Tərlan Əhmədovun Gəncə təmsilçisindəki debütü məhz bu duelə təsadüf edib.
Ayxan Abbasovun yetirmələri Tovuzdakı matçda prinsipial rəqibini 2 cavabsız qolla yenib. Razılaşaq ki, Əhmədovun komandası o vaxtdan bəri əməlli-başlı "artırıb". "Turan Tovuz" isə əksinə, son turlarda heyətlə bağlı problemlər ayaşayır və bu, komandanın nəticələrində də əksini tapır. "Şamaxı" ilə ev oyununu (1:3) yada salsaq, əlavə şərhə yer qalmaz.
Bəs görəsən, Ayxan bəy budəfəki derbidən nə gözləyir?
41 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu: "Hazırlığımız yaxşı gedir. Çətin qrafiklə üz-üzə qalmışıq. Komandada zədəli futbolçularımız da var. Ümumiyyətlə Qərb derbisi çempionatımızın bəzəyidir. Azarkeşlərin kütləvi marağına səbəb olacaq qarşılaşmadır. Maraqlı oyun olacaq".
Nihat