"Sabah"ın baş məşqçisi Murad Musayev evdə "Qarabağ"la qolsuz heç-heçə etdikləri matçdan - Misli Premyer Liqasının XIV tur oyunundan sonra ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, Özbəkistan əsilli rusiyalı mütəxəssiz belə danışıb:
"Komandama təşəkkür edirəm. Uşaqlar əllərindən gələni etdilər. Meydanda əsl kollektiv gördüm".
Musayev azarkeşlərə təşəkür edib: "Bəlkə də bu gün tamaşaçı sayı baxımından rekord vuruldu. Futbol belə olmalır, buna görə sevilməlidir. Qol olmasa da, müasir futbol izlədik".
O, matçın nəticəsinin ədalətli olduğunu söyləyib: "Oyunun müəyyən məqamlarında üstünlük bizim və ya rəqibin tərəfində oldu. Ümumi götürsək, heç-heçəni ədalətli nəticə sayıram".