"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Səbail"ə qarşı keçirəcəkləri Misli Premyer Liqasının XV tur matçı ilə bağlı klubun rəsmi televiziyasına danışıb.
Fanat.Az xəbər verir ki, 47 yaşlı mütəxəssis bildirib:
"Növbəti oyuna hazırlığın yaxşı getdiyini deyə bilmərəm. Eddi İsrafilov və Azər Salahlının durumu hələlik istənilən səviyyədə deyil. Əlimizdə olan oyunçulardan maksimum yararlanmaq istəyirik. Zədəlilərin tezliklə komandaya qoşulacaqlarına inanırıq. Eddi İsrafilov özünü daha yaxşı hiss edir. Amma az da olsa ağrıları var. Əlimizdən gələni edirik ki, məşqlərdə sonadək iştirak etsin".
Regekampf gənc oyunçular haqqında da fikirlərini bölüşüb: "Yaxşı gənc futbolçulara malikik. Onların zədələrdən uzaq olacağına inanırıq. Həmin oyunçular davamlı şəkildə əsas komanda ilə məşqlərdə iştirak edirlər. Hər şey onların məşqlərindən, performansından asılıdır. Ehtiyacımız olacağı təqdirdə həmin gənclərə də şans verəcəyik".
Qeyd edək ki, noyabrın 27-də keçiriləcək "Neftçi" - "Səbail" görüşü saat 16:00-da başlayacaq.