20:26 21.11.2022 406

3 komandaya texniki məğlubiyyət verildi, biri yarışdan kənarlaşdırıldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Fanat.Az xəbər verir ki, müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Futzal üzrə Yüksək Liqanın 7-ci turunun “Araz Naxçıvan” - “Record” oyununda “Araz Naxçıvan”ın oyunçusu Fərid Ələkbərov kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-10 Liqasının 7-ci turunun İCBFA - 8 N-li İOEUGİM oyununda 8 N-li İOEUGİM-in heyətində yetərsay olmadığı üçün oyunun baş tutmamağına görə 8 N-li İOEUGİM komandasına 0:3 hesabı ilə məğlubiyyət verilib. Bu hal ikinci dəfə təkrarlanır.

U-14 Liqasının 2-ci turunun “Kəpəz” PFK – “Ağstafa Gəncləri” oyununda “Ağstafa Gəncləri” komandasının baş məşqçisi Şahin Kərimov hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalanıb.

U-12 Liqasının 7-ci turunun “Mübariz FA 12” – 8 N-li İOEUGİM (Bakı) 12 oyununda “Mübariz”in heyətində yetərsay olmadığı üçün 0:3 hesabı ilə texniki məğlubiyyət verilib. Bu hal ikinci dəfə təkrarlanır.

U-17 Liqasının 16-cı turunun “Şamaxı” – “Xan Lənkəran” oyununda “Xan Lənkəran”ın oyunçusu Səlim Əliyev ciddi qayda pozuntusu etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılıb.

U-12 Liqasının 8-ci turunun “Sumqayıt” – “Neftçi” oyununda “Neftçi”nin inzibatçısı Sabir Hacıyev hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.

U-17 Liqasının 16-cı turunun “Səbail”  – “Zirə” oyununda “Zirə”nin oyunçusu Nuran Muradlı hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb. “Səbail”in oyunçusu İbrahim Əsədov ciddi qayda pozuntusu etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılıb.

U-13 Liqasının 8-ci turunun “Ramana İM”  – “Lokomotiv Baku”   oyununda “Ramana” oyuna vaxtında gəlmədiyi üçün bu klub AFFA-nın bayrağı altında keçirilən bütün yarışlardan xaric edilib. Bu hal artıq 3-cü dəfə təkrarlanır.

U-13 Liqasının 8-ci  turunun “Mil-Muğan” – “İmişli” oyununda “İmişli”nin baş məşqçisi Samid Həsənov hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.

U-13 Liqasının “Odlar Yurdu” (Sumqayıt) - “ROFM-Buzovna” oyununda “Odlar Yurdu”nun baş məşqçisi Elman Məmmədov hakimə qarşı təcəvüzkar davranış etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 10 oyun cəzalandırılıb.

U-13 Liqasının “Dortmund Bakı” – “Ramana” oyununda “Ramana İM” klubu oyuna vaxtında gəlmədiyi üçün oyun keçirilməyib. Buna görə “Ramana”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:33

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X