"Turan Tovuz" bu dəqiqələrdə start götürən "Sabah"la oyunda ciddi itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, Henri Okebuqvu Misli Premyer Liqasının XV turu çərçivəsində keçirilən matçın elə birinci dəqiqəsində zədələnib.
O, topsuz vəziyyətdə əzələsini dartıb və həkimlərin müdaxiləsinə baxmayaraq, oyunu davam etdirə bilməyərək əvəzlənib. 24 yaşlı nigeriyalı yarımmüdafiəçini Veysəl Rzayev əvəz edib.