Misli Premyer Liqasının XV turunda "Turan Tovuz" öz meydanında "Sabah"a 0:1 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında əyalət təmsilçisinin baş məşqçisi Ayxan Abbasov məğlubiyyəti belə şərh edib:
“Xal qazanmaq istəyirdik. Öz azarkeşlərimizin qarşısında oynayırdıq. Gözəl dəstək də oldu. Heyətlə bağlı problemlərimiz var. Bəlkə, bu gün meydanda olan futbolçulaırmızın yarısı oynamamalı idi. Xarakter göstərdilər. Hesabdan asılı olmayaraq, onlara təşəkkür edirəm. Rəqibimiz çempionatın ən yaxşılarından idi. Futbolçularımızın, oyunumuzun inkişafını istəyirik. İlk çempionat matçı ilə indikini müqayisə etsək, inkişaf görünür. Heyətlə bağlı çətin durumdayıq. Zədəlilərimiz var. Yenə də sona qədər mübarizə apardıq. Bilirdik, səhv etmək olmaz. Bir epizod buraxdıq. Əsas odur ki, futbolçularımız meydanda təslim olmadı”.