Uğurlu mövsüm keçirən "Sabah" çempionatın ikinci yarısına Türkiyədə hazırlaşacaq.
Bu haqda Fanat.Az-a komandanın baş məşqçisi Murad Musayev məlumat verib.
Rusiyalı mütəxəssis yanvarın 6-da Antalyada bir araya gələcəklərini bildirib. "Sabah" qardaş ölkədə iki həftə hazırlıq keçəcək. Komanda 2 yoxlama görüşündə qüvvəsini sınamağı nəzərdə tutub ki, rəqiblər də məlumdur. "Sabah" Serbiyanın "Voyvodina" və Polşanın "Lex" klubu ilə görüşəcək.
Murad Musayev qış transfer dönəmində komandaya yeni futbolçular cəlb olunub-olunmayacağı ilə bağlı sualı belə cavablandırıb: "Bazarı izləyirik. Yalnız o futbolçunu ala bilərik ki, komandanı gücləndirə bilsin. Elə oyunçu tapmasaq, transfer etməyəcəyik".
Mirağa