Azərbaycan klubu ev oyunlarını daha Şamaxıda keçirməyəcək

Azərbaycan klubu ev oyunlarını daha Şamaxıda keçirməyəcək

Bu mövsüm ev oyunlarını Şamaxının Olimpiya İdman Kompleksinin stadionunda keçirən "Marafon" Sabirabada qayıdır.

Bunu Fanat.Az-a klubun prezidenti Vüsal Xəlilov deyib. 

Debütant rəqiblərini təmir edərək artıq istifadəyə yararlı vəziyyətə gətirdiyi Bulaqlı kənd stadionunda qəbul edəcək. "Marafon" qarşıdakı iki turda "Dinamo" və "Haypers"lə səfərdə qarşılaşacaq. Komandanın növbəti ev oyunu isə kuboka təsadüf edəcək. "Marafon" "Dinamo" ilə məhz oktyabrın 7-nə təsadüf edəcək kubok qarşılaşmasını doğma meydanda keçirəcək. 

Məğlubiyyətsiz irəliləyən "Marafon" 4 turdan sonra 10 xalla 2-ci pillədə qərarlaşıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər