16:22 08.11.2019 1074

Azərbaycanın ilk karate çempionu: "Bir oğlan deyə bilməz ki..." - FOTOLAR

Fanat.Az oxu.az-a istinadən müstəqil Azərbaycanın karate üzrə ilk çempionu İlyas Xəlilovun müsahibəsini təqdim edir.

– İdmana gəlişinizi xatırladardınız. Təsadüfmü, yoxsa zərurətdənmi idmana gəldiniz?
– İdmana başlamağımın səbəbi atam, güləş üzrə beynəlxalq idman ustası Eldar Xəlilov olub. O, polis polkovniki, "Dinamo” İdman Cəmiyyətinin rəisi idi. Karate 1983-cü ildən SSRİ-də qadağada idi. Karate ilə ancaq atası hüquq-mühafizə orqanlarında işləyənlərin uşaqları məşğul ola bilirdi.

Mən də yeddi yaşımdan – 1978-ci ildən "Dinamo”da karate müəllimi Mirəli Seyidovun rəhbərliyi altında məşqlərə başlamışdım. 1989-cu ildə artıq karateyə ölkədə icazə verilməyə başlandı. Azərbaycanlı Əziz İsaxanov karate üzrə SSRİ ikincisi olub. Mehdi Həsənov isə 1991-ci ildə SSRİ çempionu olan yeganə azərbaycanlıdır.

Biz onda Mehdi Həsənovun rəhbərliyi altında Rostova, Saratova yarışlara getdik. Yadımdan çıxmamış bir məqamı da qeyd edim ki, Nazim Abdullayev adlı iş adamı o vaxt karateni, idmanı sevən biri idi. O adam yarışlara yollanmağımızda bizə maddi cəhətdən çox böyük dəstək verib. Zədələnəndə idmançıların yanında olub. Hətta onun dəstəyilə avtomobillə təmin olunmuşuq.

– Atanız sizin karatedə məşq etmənizdən razı idi?
– Açığı, yox. O istəmirdi ki, oğlu işlədiyi qurumda karate ilə məşğul olsun. Çünki bu, söz-söhbətlərə səbəb ola bilərdi. Mən isə məşqlərə gizlin gəlirdim. Hətta bunu biləndə məşqçimə töhmət vermişdi. Amma atam işdən gedəndə, mən "Dinamo”da məşqə gəlirdim. Bir məqamı da qeyd edim ki, 42 kv.km-lik ikiotaqlı evdə yaşamışıq. Atam güləşçi olduğundan, onun idmançı dostları bizə qonaq gəlirdi. Qonaqlar gələndə, biz mətbəxdə yatırdıq. Məşhur iranlı güləşçi, Olimpiya və ikiqat dünya çempionu Qulamrza Təxtinin atamla yaxşı münasibətləri olub. O, Bakıya 1963-cü ildə bizim idmançılarla güləşmək üçün gəlib.

– Müstəqil Azərbaycanın ilk karate çempionusunuz. Yarış harada, nə vaxt keçirilirdi? Bunu da bir xatırlayaq...
– 1991-ci ildə ovaxtkı Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti – red.) Azərbaycan çempionatı keçirildi. Mən də ən yüngül çəkidə – 55 kq-da çıxış edirdim deyə, ilk qızıl medal mənə verildi. Təəssüf ki, həmin qızıl medalı indi hara qoyduğumu bilmirəm. Ona görə də indi uşaqlarımın medallarının qədrini bilirəm. Millət vəkili, Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev və Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayev də həmin çempionatda qızıl medal qazananlar arasında idi.

Bu iki şəxs və Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovla biz eyni nəsil karateçiləriyik. Komandada ən gənci mən idim. 1980-ci ildə Türkiyədə keçirilən yarışa da gedib orada çempion olmuşdum. Yarışlardan bəzi görüntülər AzTV-nin arxivində var.

– Atanız güləşçi olub. Bəs niyə güləş yox, karateyə maraq yaranıb? Bu, həmin vaxtlar məşhurlaşan amerikan filmlərinin təsiri ilə olmayıb ki?
– Bunlar ayrı-ayrı idman növləri olsa da, insanların xarakteri eynidir. Atam məni əvvəl beşnövçülüyə (atıcılıq, qılıncoynatma, üzgüçülük, atçılıq və qaçışdan ibarət idman növüdür – S.M.) qoymuşdu. Rafiq Sultanzadənin rəhbərliyi altında məşq edirdim.

Keçmiş Karl Marks heykəlinin yaxınlığında atıcılığa gedirdim. İndi Atıcılıq Federasiyasının prezidenti olan Vaqif Axundovun atışları hələ o vaxtdan yadımdadır. Tapança ilə dəqiq atışları vardı. Atıcılıqdan da ona görə çox xoşum gəlirdi. Amma Alik müəllim (Mirəli Seyidov belə çağırılırdı – S.M.) karateni bizə sevdirə bilmişdi.

– Amma sizi tanıyanlar bilir ki, karatedən çox, gimnastikaya maraq göstərirsiniz. Bu sevgi haradan qaynaqlanır? Axı sizin nəsildə heç kim gimnastika ilə məşğul olmayıb...
– Bunun bir tarixçəsi var. Bir dəfə karateyə bir oğlan gəlmişdi. Elə hərəkətlər etdi ki, təəccübümüzə səbəb oldu. Soruşanda dedi ki, əvvəl gimnastika ilə məşğul olmuşam. Onda heç gimnastika barədə təsəvvürüm belə yox idi. Paralel qol hərəkəti edəndə çox xoşuma gəldi. Soruşdum ki, harada məşq etmisən. Dedi ki, "Sahil” metrostansiyasının yanındakı Gimnastika Məktəbində (Təhsil Nazirliyinə tabe olan bu məktəbin tam adı belədir: Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi). Ora getdim. Dedim ki, məni gimnastikaya götürərsinizmi? Onda 13 yaşım vardı. Dedilər ki, sənin üçün gecdir.

Bir dəfə eşitdim ki, həmin yer yanır. Mən də özümü göstərmək üçün başladım torpaqla yanğını söndürməyə. Bununla belə, yenə məni ora götürmədilər (gülür). İdman gimnastikası üzrə dördqat Olimpiya, beşqat dünya və Avropa çempionu Aleksey Nemov yeganə insandır ki, onun çıxışını tamaşaçılar 29 dəqiqə ayaq üstdə alqışlayıb. Onun çıxışına baxdıqdan sonra gimnastikaya həvəsim daha da artdı.

30 yaşım olanda artıq qərar verdim ki, uşağım olsa, onları idman gimnastikasına yazdıracağam. Böyük oğlumun doqquz ayı olanda həmin gimnastika məktəbinə apardım. Məktəbin direktoru dedi ki, niyə belə tez gətirmisən? Dedim ki, o vaxt mən gələndə dediniz gecdir, ona görə tez gətirmişəm. Halbuki Rusiyada uşağın dörd ayı olanda gimnastikaya gətirirlər ki, immuniteti öyrəşsin... Elə oldu ki, sonra digər oğlumu da gimnastikaya yazdırdım.

– Azərbaycanda idman gimnastikasına münasibət necədir?
– Təəssüf ki, çox valideyn gimnastika deyəndə, bunu qız idman növü kimi başa düşür. Gimnastika təkcə bədii gimnastikadan ibarət deyil axı. Gimnastikanın bir neçə növü var. Onlardan biri də idman gimnastikasıdır. Onsuz da idman gimnastikasında edilən hərəkətləri biz əsgərlikdə də edirik. Yəni bu, insanlar üçün çox faydalı idman növüdür.

Bizim gimnastikaya dair çox güclü tariximiz var. Amma təəssüf ki, çoxları bunu bilmir. İlk dəfə 1939-cu ildə Bakıda gimnastikaya dair yarış keçirilib. SSRİ Kuboku Bakıda olub. Yeddiqat Olimpiya, dördqat dünya və doqquzqat Avropa çempionu Nikolay Andrianov bu yarışda çıxış edib. Elə mənim uşaqlarımın məşqçisi Zakir Mehdiyev üç dəfə SSRİ çempionu olub. O həm də Qarabağ müharibəsi veteranıdır.

1992-ci ilin Olimpiya çempionu, dörd dəfə dünya çempionatının qızıl medalçısı Valeri Belenki sonradan Almaniyanı təmsil etsə də, Bakıda doğulub. Qaçışçı Ramil Quliyev, güləşçi Hacı Əliyev, cüdoçu Nicat Şıxəlizadə idmana gimnastikadan başlayıb. Real danışaq. Dövlət gimnastika ilə məşğul olmaq üçün hər bir şərait yaradıb. Valideynlər peşəkar fəaliyyətlə məşğul olmasalar belə, uşaqlarının sağlamlığı üçün onları gimnastikaya yazdırsınlar.

– Özünüz karateçi olsanız da, məşhur idman gimnastları ilə dostluq əlaqələriniz var. Onlarla necə dostluq qura bilmisiniz?
– Bunda rusiyalı millət vəkili Veniamin Pakın çox böyük rolu olub. O, karateçi olub. Onun Novosibirskdə "Uspex” peşəkar idman klubunun açılışında Olimpiya və ikiqat Avropa çempionu Yevgeni Podqornı ilə tanış oldum. Bakıdakı Avropa Oyunlarında iki qızıl və bir gümüş medal qazanmış Oleq Vernyayevi tanıdım. Onda o heç Olimpiya, dünya və altıqat Avropa çempionu deyildi. Beləcə idman gimnastları ilə əlaqələrim yarandı.

Məşhur əcnəbi gimnastlardan bu idmanın incəliklərini öyrənməyə başladım. Rusiyadakı gimnastika məktəblərinə baş çəkdim. Bizdə çox mütəxəssislərin bu idmana dair bilmədiklərini mən bilirəm. 22 yaşlı Nikita Naqornı Almaniyanın Ştutqart şəhərində üçqat dünya çempionu olduqdan sonra Bakıya yanıma qonaq gəldi. Oleq Vernyayev Minskdə Avropa Oyunlarının qızıl və iki gümüş medalını qazandıqdan dərhal sonra mənə baş çəkdi. Bu, böyük fəxrdir.

– Belə təəssürat yaranır ki, hazırkı durumda siz gimnastikanı vaxtilə məşğul olduğunuz karatedən daha yaxşı bilirsiniz...
– Ola bilər... İdman gimnastikasını Azərbaycanda məndən yaxşı bilən varsa, onunla istər nəzəri, istər praktiki baxımdan söhbət etməyə hazıram. Amma Azərbaycandan kənara çıxanda görürəm ki, mən gimnastika barədə heç nə bilmirəm. İdmana ikinci dəfə qayıtmaq şansım olsaydı, gimnastikadan başlayardım, gimnast olardım. Özümə də söz vermişəm ki, uşaqlarım gec-tez Valeri Belenkinin böyüdüyü gimnastika məktəbinin haqqını versin.

– Uşaqlarınıza çox vaxt ayırırsınız. Ortaya belə sual çıxır: işləmirsiniz?
– Mənim öz biznesim var. Şəriklərimə də demişəm ki, gündə 7-8 saat uşaqlarıma vaxt ayıracağam. Məni işə qatmayın, ofisə gəlib, getməyəcəyəm. Uşağı da böyütmək üçün sənə vaxt lazımdır. Sual ola bilər ki, mən uşaqları beynəlxalq turnirlərə hansı vəsaitlə yollayıram? ABŞ-ın məşhur WOGA (Dünya Olimpiya Gimnastika Akademiyası) məktəbi var. Orada heç vaxt azərbaycanlı çıxış etməyib. Həmin akademiyada keçirilən turnirdə uşaqlarımdan biri altı, digəri beş qızıl medal qazandı və buna görə daim Azərbaycanın bayrağı o zaldan asılacaq. Ora getməyimizi, qalmağımızı ABŞ hökuməti qarşıladı. Halbuki biletin qiyməti 9-10 min dollar edirdi. Allah ruzini yetirir.

Özüm "Mitsubishi iO” sürürəm. Qarajımda bir "Range Rover”, bir "Chevrolet Corvette” də var. Azərbaycanda bir oğlan deyə bilməz ki, son 10-15 ildə məni "Corvette” sürən görüb. Onu cavan vaxtlarımda sürmüşəm. Sadəcə, onu nostalgiya üçün saxlamışam. Heç vaxt özümə telefon almamışam. Bir dostum var, telefonlar şəbəkəsində işləyir. Hər dəfə yeni "iPhone” çıxanda mənə ad günü hədiyyəsi edir. Camaat aksesuarları tez görür. Heç vaxt varımı, dövlətimi gözə soxan olmamışam. Hər şey pulla ölçülmür. Pulu olub, nəticəsi olmayan idmançılar o qədərdir ki...

– Niyə bizdə ikinci dəfə Olimpiya çempionu olmaq çətin məsələyə çevrilib?
–  Mən olsam, idmançılara Olimpiadaya görə verilən pul mükafatını banka qoyardım, üstünə də faiz gələrdi. Əgər həmin idmançı ikinci dəfə Olimpiya çempionu ola bilməzsə, həmin puldan 50-10 min cərimə kimi hesabdan götürülsün. İdmançı məsuliyyət daşımalıdır. Çoxu mənə deyir ki, uşaqların vasitəsilə Olimpiadaya görə verilən pulu qazanmaq istəyirəm. Amma düşünmürlər ki, mənim bu müddətdə xərclədiyim pul Olimpiya mükafatından çoxdur.

– Rafael Ağayev, Hacı Əliyev və Zabit Səmədovla dostluq etdiyinizi bilirik. Onlarla dostluğunuz necə yarandı?
– Rafaeli tanıyanda 13-14 yaşı vardı. Hələ onda dünya və Avropa çempionu deyildi, Sumqayıtdan Bakıya karate zalına gəlib-gedirdi. Zabit 90-cı illərdə Moskvada döyüşürdü, Azərbaycandan onu heç kim tanımırdı. Karate üzrə SSRİ çempionu Viktor Xanın vasitəsilə onu tanımışam.

Mənə bir gün dedi ki, xəbərin var, Minskdən bir azərbaycanlı Moskvada döyüşməyə gəlib. Hələ onda Zabitin Azərbaycanla əlaqəsi yox idi, Gürcüstandan birbaşa Belarusa köçmüşdü. Həmin döyüşlərdən birində onunla tanış oldum. Yeganə azərbaycanlı mən idim ki, gedib onun döyüşlərinə baxırdım. Hacının atası Azər isə güləşçi olub, atamla dost idi.

Mənimlə karatedə 1986-cı ildə Moskvada sosiska yeyən Veniamin Pak indi Novosibirskin deputatıdır. Viktor Xan Rusiya Karate Federasiyasının vitse-prezidentidir. Digər dostum Şolban Kara-ool Rusiyanın Tuva Respublikasının prezidentidir. Mən 20-25 il əvvəl onları tanımasaydım, indi onlarla dostluq edə bilməzdim.

Olimpiya çempionumuz Namiq Abdullayev mənim dövrümün idmançısı olub. Elə olub ki, o, Daxili Qoşunların Montindəki hərbi hissəsində bizə bölük komandiri qoyulub. Digər Olimpiya çempionumuz Fərid Mansurov indi də qonşumdur. Yəni demək istədiyim odur ki, onların hamısı ilə tanışlığım məşhur olmamışdan qabağa gedib çıxır.

– Bəs elə idmançı olubmu ki, uşaqlıqda tanımısınız, amma sonradan ulduz xəstəliyinə tutulub?
– 48 yaşım var. Amma hələ belə bir idmançıya rast gəlməmişəm. İndiyədək heç bir idmançı ilə intriqam olmayıb, nə də hansısa idmançı sözümdən çıxıb. İdmançının ağlı olmasa, onlar yüksək nəticə verə bilməz. Düzdür, dostlarım arasında karateçi, uşu-sanda üzrə dünya və Avropa çempionu Canpolad Budaqov da olub. Bu növdə ilk dünya çempionumuzdur. Sadəcə, cinayət törədib, həbsə düşüb. Ümumilikdə isə idmançılarla münasibətlərim həmişə əla olub.
 
Fanat.Az
 



















Oxşar xəbərlər

Xəbər lenti

29 Mart 2020
23:08

Ulduz qapıçı 200 min dollara Fransadan çıxdı

22:02

A Seriyası deyildiyi vaxtda başlamayacaq

18:26

"Səbail"dən Essyenə yeni təklif

17:47

"Qarabağ"ın futbolçusu: "Həmin oyundan sonra bir həftə şokda oldum"

17:07

Sabiq "Qarabağlı": "Türkiyə Futbol Federasiyasını başa düşürəm"

16:48

Azərbaycan Futzal Federasiyasının sabiq prezidenti vəfat etdi

16:16

Qara Qarayev: "Hamı karantini evdə keçirsə, bu xəstəliyə qalib gələ bilərik"

15:59

Ulduz futbolçu və xanımından örnək addım

15:24

"Qəbələ"nin kapitanı: "Evdə qalmaq çətindi, amma virusa qalib gəlməliyik"

15:05

Ən uğursuz transferlər: 127 milyona aldılar...

15:00

Qara yumor və ya endemik reaksiya

14:49

Türkiyənin Super Liqa klubundan azərbaycanlı baş məşqçiyə təklif

14:22

Ramin Musayevdən açıqlama: Premyer Liqa nə vaxt bərpa olunacaq?

14:00

İtaliyalı futbolçu: "Ən yaxşı qolumu isə "Qarabağ"a vurmuşam"

13:17

İngiltərə Premyer Liqası bu tarixdə bərpa olunacaq

12:56

Ulduz futbolçunun 72 yaşlı atası gəlininin acığına evlənir

12:40

Elxan Məmmədov: "UEFA ilə məsləhətləşmələr aparırıq"

12:05

Qurdaladıqca qurd çıxır

11:34

"Barselona" barədə şok iddia

11:14

Rüştü Reçber koronavirusa yoluxdu

10:55

Məşhur futbolçunun xanımı yarıçılpaq geyimdə rəqs etdi - VİDEO

10:46

Tokio olimpiadasının yeni tarixi açıqlandı

28 Mart 2020
23:00

Futbol oynayan uşağı meydanda güllələdilər

22:09

"Ayaks" fanatlarına görə "tərlədi"

20:15

"Bizim A, B və C planlarımız var" - UEFA prezidenti

20:12

Prosineçkinin koronavirus testinin nəticəsi açıqlandı

19:57

Millinin baş məşqçisi koronavirusa görə istefaya göndərildi

19:25

Lebron Ceymsin cari mövsümdəki ən yaxşı hərəkətləri - VİDEO

19:03

Bəhlul, Saşa, Təmkin

18:10

Premyer Liqa klubunun 8 futbolçusunda koronavirus əlamətləri aşkarlanıb

18:03

"Fənər" Rodrigesi niyə transfer edə bilməyib?

17:30

Azərbaycanda oynayan legionerlər Bakıda qalıb

17:20

Millimizin sabiq futbolçusu Moldova klubunda

17:19

"Qalatasaray"ın hollandı Belçika yolunda

17:14

Oynadıqları ölkələrdə qalan Azərbaycan voleybolçuları - ADLAR

17:05

"Özünüzü və ailənizi qoruyun, məsələyə qeyri-ciddi yanaşmayın" - Həbib koronavirusdan danışdı

16:36

İtaliya A Seriyasında mövsüm ləğv olunur

16:12

Voleybol millimizin üzvləri karantinə alındı

16:11

Daha iki basketbolçu koronavirusa qalib gəldi

15:40

Cokoviçdən xeyirxah addım: Koronavirusa görə 1 milyon avro bağışladı

15:17

"Real" bu futbolçularla yolları ayıracaq - SİYAHI

14:40

"Valensiya"nın 10 futbolçusu və 15 əməkdaşı koronavirusa yoluxub

14:31

Karantində qalmaq üçün kişi namizəd axtarır - FOTOLAR

14:21

"Mbaye Diane getsə də, yoxluğunu hiss etmədik"

14:19

“Sabah“ın oyunlarını neçə azarkeş dəstəkləyib?

14:09

Azərbaycan şahmatçıları Teymur Rəcəbova görə FİDE prezidentinə açıq məktub yazdı

13:54

Ronaldu koronavirusa görə 3,8 milyon avrodan imtina etdi

13:25

Messi, yoxsa Ronaldinyo? - Azarkeşlər ən yaxşı driblinq ustasını seçdilər

13:09

9,6 milyon avroya maşın aldı: 2 saniyədə 100 km/s sürət yığır - FOTO

12:41

"Real"da ayrılıq: Rəhbərlik müqavilə yeniləmək istəmir

12:38

Ulduz futbolçunun xanımı elə VİDEO paylaşdı ki...

12:03

Ermənistan millisinin üzvü koronavirusa yoluxdu

12:02

Ronaldu maaşının azaldılmasına razılıq verib

11:40

İlin ən baxımlı MMA nokautları - VİDEO

11:37

Karantində olan Azərbaycan idmançıları - ARAŞDIRMA/VİDEO

11:30

Mövsümün nəticələri ləğv olundu - Çempion müəyyənləşmədi

11:21

Teymur Rəcəbovla Karlsen arasında gərginlik

10:52

Həbib Ferqyusonla döyüşə belə hazırlaşır - FOTO

10:26

Noyer Almaniyadan kənarda oynamaq istəmir

10:23

Bu mənzərə Yürgen Kloppu ağlatdı - VİDEO

10:19

Ceyms Makkleyn buna görə cərimələndi - FOTO

09:36

"Marca": La Liqa sentyabrda başlayacaq

09:30

Ronaldudan nümunəvi addım: Koronavirusla mübarizədə xəstəxanalara kömək edəcək

09:06

FSS başqanı koronavirusu yendi

09:02

"Liverpul" və "Çelsi" 130 milyon avroluq futbolçudan imtina edib?

09:00

İPL aprelin sonuna qədər bərpa olunmayacaq - RƏSMİ

27 Mart 2020
19:53

"Barsa" 140 milyon avro itirəcək - SƏBƏB

19:29

"Kəpəz" necə hazırlaşır?

17:46

“Trabzonspor”un hücumçusu “Real” yolunda

16:59

"Qarabağ"ın akademiyasında onlayn məşq - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.