12:42 04.12.2019 687

"Azərbaycanlılar maşını dəhşətli dərəcədə pis sürür"

"Səbail"in ukraynalı qapıçısı Aleksandr Rıbka ölkəsinin mətbuatına müsahibə verib.

- Ötən həftə uzun müddətli zədədən sonra yenidən meydana qayıtdın. Bərpa necə keçdi?
- Bərpa dövrü tam plana uyğun keçdi. Həkimlər necə dedi, elə də oldu. Gündəlik məşqlər, bərpa...6 ay dözməli oldum. Çətin dönəm idi. "Səbail" rəhbərliyinə təşəkkür edirəm ki, onlar bərpa dövrünü Kiyevdə ailəmlə bigə keçməyimə imkan verdilər. Məhz onların dəstəyi ilə bərpa prosesi bu cür rahat keçdi. Kiyev "Dinamo"suna da təşəkkür edirəm ki, bazalarında reablitasiya keçmək üçün imkan yaratdılar.

- Bu qədər uzun müddət futbolsuz qalmaq mənəvi cəhətdən çox çətin idi?
- Bir şey yaxşı oldu ki, bu müddəti ailəmin yanında keçirdim. Onların yanında vaxtın necə keçdiyini hiss etmədim. Valideyinlərim, ailəm, uşaqlar - zədəli olduğum vaxt mənəvi çətinliklər yaranmaması üçün əllərindən gələni etdilər.

- Zədəli olmağına baxmayaraq, "Səbail" səninlə 2 illik müqavilə bağladı. Həmin vaxt klubun dəstəyini hiss etdin? Ümumiyyətlə, komanda rəsmiləri ilə münasibətlərin necədir?
- Zədələnməmişdən 3 gün əvvəl yeni müqaviləyə qol çəkmişdim. Bu zədə onların münasibətinə heç bir təsir göstərmədi. Vəziyyəti başa düşürdülər və buna normal yanaşdılar. Onlar tərəfindən heç bir xoşagəlməz addım atılmadı. Bir-birimizə qarşılıqlı hörmətimiz var.

- Deməli məşqçilər heyəti və rəhbərliklə bir-birinizi tam anlayırsız?
- Bəli, kifayət qədər yaxşı münasibətlərimiz var. Məşqçilər və rəhbərliklə heç bir fikir ayrılığı yoxdur. Hər kəs mənə hörmətlə yanaşır. Mən də çalışıram ki, bacardığım qədər komandaya kömək edim.

- Azərbaycanda legioner sayılırsan. Əcnəbi olduğunu hiss edirsən?
- Düzü, burada özümü legioner kimi hiss etmirəm. Komandada hər kəs rus dilində danışır, ona görə də hər hansı çətinlik yaranmır. Türkiyədən fərqli olaraq bu çətinlik yoxdur. Dil baryeri olmadığından demək olar ki. adaptasiya müddəti də olmadı. Oyundan 3 gün əvvəl kluba gəldim, çıxdım meydana və bütün məqsəd, tələblərin nə olduğunu anladım. Bir sözlə, əvvəlki iki komandadansa burada mənə rahatdır.

- Zədədən qayıtdıqdan sonra ilk oyunda 3 qol buraxdın. Amma ikinci görüş daha uğurlu oldu, 2-ci yerdə gedən "Nefçi" ilə matçda qapının toxunulmazlığını qoruya bildin. Artıq 100 faiz hazır olduğunu demək olar?
- Hətta ilk oyuna da 100 faiz hazır idim. Sadə oyun biz istəyən kimi keçmədi. Bir futbolçumuz qırmızı vərəqə aldı və əks-hücumda qollar buraxdıq. Bundan əvvəl kənardan izlədiyim görüşlərdə də ərazi üstünlüyünə malik olsaq da, rəqib qapısına yol tapa bilmirdik. Rəibin 1-2 qol vəziyyəti olurdu və qalib gəlirdilər. İndi klubumuzda bəzi məqamlar var, ümid edirəm ki, hər şey qaydasına düşəcək və biz turnir cədvəlində yüksək yerlərə qayıdacağıq. Qarşıda bizi qış fasiləsi gözləyir. Təlim-məşq toplanışı olacaq. Ümid edirəm ki, qışdan sonra nəticələr yaxşılaşacaq. Axrıncı yeri tərk etmək lazımdır. Bunu hər kəs istəyir, məşqçilər, rəhbərlik, futbolçular.

- Gəl ilin əvvəlinə qayıdaq, özünə klub axtaran vaxt. Ölkə daxilindən təkliflər yox idi, yoxsa, Ukraynada oynamaq istəmirdin?
- Türkiyənin "Afyonspor" klubu ilə bağlı xoşagəlməz vəziyyət yarandı. Ona görə də təklif yox idi. Klubun maliyyə problemləri yarandı. Onlar əməkhaqqını verə bilmirdilər və müqaviləyə xitam verilməsini istəyirdilər. Mənə əsas komanda ilə məşq etməyə də qadağa qoymuşdular. Əvəzedici heyətdə idim. Qış transfer pəncərəsinin bağlanmasına 3 gün qalmış bunu dedilər. Yəni bu dərəcədə pis münasibət gördüm. Bütün normal klublar o vaxta qədər gözləmirlər. Heyətlərini daha tez komplektləşdirirlər. Odur ki, karyramı davam etdirmək üçün variant tapmaq çətin idi. "Səbail" öz qapıçısını Qazaxıstana satdığından qolkiper axtarışında idi. İş elə gətirdi ki, bir-birimizə lazım olduq. Beləcə, mən Azərbaycana gəldim.

- Türkiyə komandasının sənə borcu qaldı?
- Biz maliyyə məsələsində ortaq məxrəcə gələ bildik. "Afyonspor" mənə nə verməli idi, hamısını ödədi. Amma "Karabükspor"...

- Hələ də verməyiblər? Məhkəməyə müraciət etmisən?
- Hə, uzun müddətdir ki, bu komanda ilə çəkişmə davam edir. Onların mənə verəcəkləri böyük məbləğ var. Məhkəmə artıq başa çatıb. Mənim xeyrimə qərar qəbul etdilər. "Karabükspor" pul ödəməlidir. Amma bilmirəm, bu pulu verəcəklər, ya yox. Hələ ki, klub fəaliyyət göstərir. Ancaq klub müflis olmağa doğru gedir. Ona görə də həmin pulu alacağım o qədər də inandırıcı deyil. Öz pullarımı istəyirəm, amma...

- Ukraynada maliyyə problemləri var. Azərbaycanda bu sarıdan vəziyyət necədir? Maaşlar vaxtı-vaxtında verilir?
- Burada bu baxımdan hər şey normal və stabildir. Türkiyədəki kimi maliyyə problemləri ilə üzləşməmişəm, nə də eşitməmişəm. Ümid edirəm ki, gələcəkdə də belə olacaq.

- Ukrayna futbolundakı əməkhaqqları ilə müqayisə etsək.
- Dünü desəm, Ukraynada indi maaşlar necədir, bilmirəm. Yalnız "Şaxtyor" və Kiyev "Dinamo"sunda əmakhaqqlarının yüksək olduğunu eşitmişəm. Ona görə də müqayisə aparmaqda çətinlik çəkirəm. Belə deyək, Azərbaycanda oynayan legionerlərin maaşı Ukraynanın orta səviyyəli klublarının oyunçularından çoxdur.

- "Səbail"də Maykl Esyen çıxış edir. Ulduz futbolçu ilə münasibətlərin necədir?
- Klubda hamı ona müsbət münasibət göstərir. O da elə cavab verir. O, hər kəsə, prezidentdən tutmuş personala kimi hamıya hörmətlə yanaşır. Çox sədə, deyib-gülən oğlandır. Hər zaman onunla söhbət etmək mümündür. Əsl peşəkardır. Hətta Azərbaycanda da o meydanda canını qoyur. Yaşının çoxluğuna baxmayaraq, məşqlərdə çalışır ki, əlindən gələni etsin. Heç vaxt məşqdən qalmır, çalışır ki, komandanın digər üzvləri kimi işləsin. Adam İngiltərə Premyer Liqasında oynayıbsa, iki dəfə Çempionlar Liqasını qazanıbsa, ondan daha nə danışasan? Məncə, onun haqqında çox danışmağa ehtiyac yoxdur. Onsuz da hamı bilir ki, o necə futbolçudur.

- Mənə danışmışdılar ki, Roberto Karlos məşqlərdə zarafat etməyi sevirdi, həm də xoşlayırdı ki, onunla da deyib-gülsünlər. Esyen də elədir?
- Hə, Esyen zarafat edə bilər. Amma harda ciddi olmaq gərəkirsə, orda ciddidir. Zarafatla arası yaxşıdır, amma ona həmişə gülən adam da demək olmaz.

- Onunla zarafat etmisən?
- Ona hörmətlə yanaşmağa çalışıram. Yalnız ehtiyatla, yüngülvari zarafat edirəm.

- Məşqlərdə hələ də özünü futbolçu kimi aparır, ya hiss olunur ki, artıq məşqçilik barədə düşünür?
- Məşq prosesində digərlərindən heç nə ilə fərqlənmir. Məşqçi tərəfindən də ona xüsusi, özəl münasibət yoxdur. Hamı necə, o da elə. Onun gələcək planları necədir, çətindir demək. Əməksevər insandır. Amma nə qədər oynayacağı özündən və səhhətindən aslıdır.

- Türkiyədən sonra Azərbaycanda adaptasiya necə keçdi? Yeni ölkədə heç bir çətinliklə üzləşmədin?
- Psixoloji baxımdan xeyli asandıır. Bakı əla şəhərdir. Boş vaxtlarında bilirsən, nə etmək olar. Türkiyədə bu baxımdan çətinliklər var idi. Məşq və ev, başqa getməyə yer yox . Burada isə hər şey var, rus dilində filmlər izləmək üçün kinoteatrlardan tutmuş restoranlara qədər. Azərbaycanda özümü evdəki kimi hiss edirəm. Yeni ölkəyə adaptasiya baxımından heç bir çətinlik olmadı.

- Bakıda turistlərin mütləq baş çəkməli olduqları yerlərin adını çək.
- Dənizkənarı Bulvar. 100 faiz orada gəzməlidirlər. İsti vaxtlarda ora ən yaxşı yerlərdən biridir. İki gün gəzib bütün gözəllikləri görməmək olar. Çox böyük və gözəl yerdir. İkincisi, İçərişəhər. Gözəl və maraqlı arxitekturası olan yerdir. Orada "Brilyant əl" filminin çəkildiyi kafe hələ də durur. Turistlər Nikulinin yıxıldığı yerdə şəkil çəkdirirlər. Yerli mətbəx olan restoranlara getməyi də məsləhət görürəm. Şəhərdə bu cür restoranlar çoxdur. Mən Bakını restoranlar və otellər şəhəri adlandırıram. (gülür). Burda hər tində restoran var. Müxtəlif cür kafelər, pleysteyşn salonları.

Hər kəs özünü rahat hiss edəcəyi yer tapa bilər. Mənim kimi hamam həvəskarlarına yerli hamamlara getməyi tövsiyə edirəm. Bu dəhşət bir şeydir! Biz Petrovla ("Neftçi"nin futbolçusu Kiril Petrov) həftədə bir dəfə oyunlardan sonra gedirik. İndi bir əla hamam açıblar. Əvvəl belə yer görməmişdim. Rus, türk, yerli hamam - hamısı bir yerdə. Həm də mən hələ şəhərdə heç də çox yerləri görməmişəm, ona görə bir qədər çətindir demək. Bir şeyi bilərəm ki, Bakıda heç kim darixmaz.

- Yayda Bakıda olanda yol hərəkəti məni təəccübləndirdi. Sükan arxasına keçməyə qorxmursan?
- (Gülür) Burada icarəyə götürdüyüm maşınla gəzirəm. Azərbaycan xalqına böyük hörmətim olsa da, avtomobili dəhşətli dərəcədə pis idarə edirlər. Çoxları bu haqda danışır və narazılıq edir. Kim necə istədi sürür, hətta avtobuslar da. Yollarda polislər çox olsa da, bu, heç cür sürücülərə təsir etmir. Sağ yoldan sola dönmə işığını yandırmadan keçmək adi haldır. Uzun müddət burada maşın sürməyə öyrəşməyə çalışırdım.

- Bakı Avro-2020-nin oyunları qəbul edəcək. Səncə, şəhər bu cür səviyyəli futbol yarışını qəbul etməyə hazırdır. Avroliqanın finalında müəyyən çatışmazlıqlar olmuşdu.
- İdman nöqteyi nəzərdən Bakıda bu cür yarışı keçirmək üçün hər şey var. Bakıdakı stadion əladır, infrastruktur da mükəmməldir - restoranlar, otellər, nəqliyyat hər şey var. Məncə, onlar səhvləri üzərində işlədilər və Avropa Liqası zamanı yaranmış çatışmazlıqları aradan qaldırıldı. Ümid edirəm ki, bu şəhər Avropa çempionatını problemsiz qəbul edəcək.

- Və sonda. Ümid edirsən ki, bir də nə vaxtsa Ukrayna millisinin formasını geyinəcəksən?
- Bilmirəm, ümid yəqin ki, bütün futbolçularda var. Hər kəs yığmada oynamağı arzu edir. Özümdən asılı olan işləri görürəm. Reallığı nəzərə alsaq, bizim yığmanın məşqçiləri çətin ki, Azərbaycan çempionatındakı ukraynalı futbolçulara diqqət yetirsinlər. Yığmaya dəvətlə bağlı böyük ümidlərim yoxdur. Əgər belə bir şey olsa, yenidən şərəflə millinin formasını geyinərəm.

Tərcümə: Sportinfo.az
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2020
13:14

Castin Qetji: "Makqreqor yenə dəmdi, ayıla bilmir"

12:37

Mübariz Mənsimov bu binanı 10 milyon manata satır? - FOTO

12:24

İngiltərə nəhəngləri 22 yaşlı italiyalı uğrunda mübarizə aparır

12:21

Sabiq "Neftçi" rəsmisi koronavirusa yoluxdu

12:10

Smollinq "Mançester Yunayted"ə qayıtmayacaq

12:04

Konor Makqreqor karyerasını bitirdiyini açıqladı

11:01

Levandovski rekordunu yenilədi

10:31

Azərbaycan idmanına itki üz verdi - FOTO

10:24

"Qalatasaray"ın test nəticələri açıqlandı

09:58

Azərbaycana üz tutan məşhur futbolçular, ağlasığılmaz maaşlar - ARAŞDIRMA

08:20

Ölkənin ən gözəl qadın idmançısı - FOTOLAR

06 İyun 2020
23:19

Millimizin üzvü Avropa klubunda ilk qolunu vurdu

20:04

6 qolluq oyunu "Bavariya" qazandı - VİDEO

19:20

Ronaldunun 1,5 milyon avroya aldığı villa - FOTOLAR

18:50

Holand: "Hummels kimi olmaq istəyirəm"

18:20

"Səninlə fəxr edirəm" - Serena Uilyamsdan həyat yoldaşına dəstək

17:42

Karyerasını "Real"da bitirmək istəyir

17:14

MOK: "İddianın heç bir əsası yoxdur və absurd olduğu aşkardır"

17:09

"Ronaldu öz generasiyasının ən yaxşı futbolçusudu"

16:44

Bundesliqada may ayının ən yaxşı qolları - VİDEO

16:14

Qayıtdı - "Barselona"nın ulduzu ilə bağlı SON XƏBƏR

16:12

Arvadının "Instagram" paylaşımlarına görə klubdan qovuldu - FOTOLAR

15:42

İtaliya nəhəngi 126 milyon avro zərər edib - Rekord

15:16

Messi yenə fərdi məşq etdi - FOTOLAR

15:00

Gözəl gimnastın bu paylaşımı təqibçilərini coşdurdu - FOTO

14:52

AFFA-nın vitse-prezidenti: "Klublar çox ağır vəziyyətə düşüb"

14:36

"İrqçi təhqirlərə məruz qalsam, meydanı tərk edəcəm" - "Mançester Yunayted"in futbolçusu

14:08

Hakimi "Real"a qayıdır? - SON DURUM

13:34

Kevin Dyurent oynamayacaq: "Mənim üçün mövsüm bitib"

13:12

1281 manatlıq idman ayaqqabısı geyinən azərbaycanlı müğənni kimdir? - FOTO

13:04

"ÇL-də mövsüm ləğv olunsa, "Atletiko" qalib elan edilməlidi"

12:40

Azərbaycanlı iş adamı "AZE Nakchivan-Köln" klubu üçün 800 min avroluq stadion tikdirir

12:29

AFFA millinin yeni çalışdırıcısı ilə 2 illik müqavilə bağlayacaq - ÖZƏL

12:26

Çempionlar Liqası tarixinin reytinqi: Klublarımız neçəncidi? - SİYAHI

12:20

"İki dəfə "Yuventus"dan ayrılmağa yaxın olmuşam" - Kyellini

12:02

Bundesliqada bu gün: "Bavariya" "Bayer" səfərində, "Borussiya" "Herta"ya qarşı

11:34

"Yaxşı ki, "Barselona"ya keçməmişəm" - Di Mariya

11:19

Millimizin hücumçusu: "Həftəsonu qadağaların olması çempionata təsir edəcək"

10:50

Modriç Ronaldu ilə Mourinyunun davasından danışdı: "Kriştianu ağlayacaqdı..."

10:46

"Qarabağ"ın ilk transferi kolumbiyalı oldu

10:16

Balotelli ilə yollar ayrıldı

09:35

Bundesliqa: "Borussiya" uduzdu - VİDEO

09:10

Maykl Cordan irqçiliklə mübarizəyə 100 milyon dollar ayırdı

08:20

"Playboy" modeli futbol klubunu aldı, qızı ən gənc prezident oldu - FOTOLAR

00:36

Məşhur braziliyalı forvard Rusiya klubuna keçir

05 İyun 2020
21:22

Evə bərbər çağırdılar, cərimələndilər

19:30

Beyl "Real"da qalır? - Menecerindən açıqlama

18:11

Azərbaycanda futbolçulardan müsahibə götürmək mümkün olmayacaq

17:59

"Qarabağ" Türkiyə millisinin sabiq üzvünü transfer edir

17:52

FIFA Superliqa klubuna transfer qadağası qoydu

17:44

Premyer Liqa klubu kredit götürdü - 175 milyon

17:27

Quardiolanın yeni köməkçisi o olacaq

16:47

Azərbaycanda futbol hakimi davaya müdaxilə etməyəcək

16:41

Timo Vernerin yeni klubu bəlli oldu

16:25

Qapıçı cərimə zərbəsindən qol vurdu, komandasını finala çıxardı - VİDEO

16:23

"Sabah"ın futbolçusunun ailə üzvləri koronavirusdan sağaldı

15:55

Premyer Liqamızda koronavirus aşkarlanarsa, hansı addım atılacaq?

15:53

Azərbaycan Kubokunda 6-cı əvəzetməyə icazə verildi

15:49

Azərbaycan klublarının azad agent transferlərinə müddət qoyuldu

15:41

"Mançester Siti" - "Liverpul" oyunun tarixi bəlli oldu - İPL-in təqvimi

15:29

PFL Premyer Liqa və kubokla bağlı təlimatları açıqladı

14:52

"Neftçi"dən Platellas və Mustivar açıqlaması

14:49

Messinin zədəsi ilə bağlı SON DURUM

14:48

Həftəsonu qadağaları davam etsə, PFL hansı addımı atacaq?

14:36

"Neftçi"dən ayrılacaq legionerlərə biri də qoşuldu

14:21

"Döyüş adası" nə vaxt hazır olacaq? - UFC prezidenti açıqladı

14:01

Azərbaycanın yarım milyonunu mənimsəyib

13:30

İlk milyarder futbolçu - Kriştianu Ronaldu

13:20

Ən ödənişli futbolçulardan biri "Neftçi"dən gedir

13:03

"Barsa"nın Lautaroya görə növbəti təklifi: 80 milyon avro + Firpo

Facebookdan bizi izləməyi unutmayın.