15:11 03.04.2021 336

"Azərreyl"in prezidenti: "Bəzi voleybolçularımız şirniyyat bişirib satırlar"

Azərbaycan Voleybol Federasiyasının (AFV) İdarə Heyətinin üzvü, "Azərreyl" klubunun prezidenti Fərid Xəlilovun müsahibəsi

- Pandemiya dövründə necə fəaliyyət göstərirsiniz?
- Aprelin 1-də klubların nümayəndələri ilə federasiyadaxili iclas keçirildi. Toplantı federasiyanın I vitse-prezidenti Faiq Qarayev, baş katib Cəlil Cəfərovun rəhbərliyi altında təşkil olunmuşdu. Müzakirələr məşlərə icazə verilməsi istiqamətində aparıldı. Bu məqsədlə Gənclər və İdman Nazirliyi ilə sıx təmasda işləyirik. Heç olmasa, beynəlxalq yarışlara qatılanlar 1 - 2 ay məşq etsinlər. İndiki halda yarışlara getməmək də bizə ziyandır, gedib biabırçı iştirak etmək də. Ona görə bu iki ziyan arasında seçim edirik ki, bizim üçün hansı daha faydalıdır.

- Bəs Azərbaycan çempionatı barədə söhbət getmir?
- Bizdə çempionat normalda apreldə bitir. Bu il onsuz da daxili yarış olmayacaq. Növbəti birinciliklə bağlı planlar isə avqust - sentyabrda formalaşır. Ona görə də indi danışmaq hələ tezdir. Görək, Nazirlər Kabineti yanında Operativ Qərargah nəyə icazə verəcək, nəyə verməyəcək. Bütün şərtləri nəzərə alaraq, qərar verəcəyik.

- Belə çıxır ki, oktyabradək yarışlar keçirilməyəcək, yalnız təlim-məşq toplanışları olacaq?
- "Azerreyl" olaraq klub yarışlarından danışırıqsa, ya Çağırış Kuboku, ya da ölkə çempionatı olmalı idi. Birincidən imtina etdik, ikinci də aydın məsələdir. İndiki halda avqustu gözləyəcəyik. Klublar həmin vaxtdan formalaşmağa başlayacaq. Amma onda da hər yerin açılıb-açılmayacağını, hansı məhdudiyyətlərin olacağını bilmirik. Milliyə gəldikdə isə həm mayda, həm də avqustda oyunlar var. Qızıl Liqa və Avropa çempionatı olacaq. Həmin yarışlarda iştirak etməliyik. Turnirlərə qatılmaq, orada nailiyyət qazanmaq üçün ən azı yığmaların məşqinə icazə verilməlidir.

- Nəzərə alsaq ki, indiki dövrdə əlavə xərcə düşmək olmur, heyəti formalaşdıra bilirsiniz?
- Məsələ xərcdə deyil. Maaşların verilməsində yenə də çətinlik yoxdur. Amma yaxşı, mən komandanı yığdım, uçuşlara icazə yoxdursa, nə edəcəyəm? Yenə hər şey mənasını itirəcək. Bu gün-sabah bəlkə yenə "SMS icazə" sisteminə keçildi. Onda məşqlər də olmayacaq. Maaş verdiyimiz insanlar evdə oturub pul alacaqlar, inkişaf olmayacaq. Avropanın hər ölkəsində uçuşlarla bağlı xüsusi qaydalar var. Hazırda vizanı əsas götürmürlər. Yeni qaydalara görə, hər ölkədən vətəndaş qəbul edilmir.

- Yəni, Şengen vizası əsas götürülmür?
- Xeyr, Avropa ölkələrinin əksəriyyətində artıq Şengen vizasına baxmırlar. Məsələn, biz Çin və Rusiya istehsalı olan peyvəndi vurdururuq. Avropaya gedəndə deyəcəklər ki, bizim ölkədə yalnız Almaniya peyvəndi olan vətəndaşlar qəbul olunur. Kimdə bu peyvənd yoxdursa, ölkəyə buraxmayacaqlar və geri qayıtmalı olacağıq.

- Onda bu halda bir çox komandalar kimi, yalnız Türkiyəyə gedə bilərsiniz...
- Biz ötən ilin avqust - sentyabrında toplanış üçün Türkiyəyə getmişdik. Hazırda orada da yoluxma çoxdur, bir çox yerləri bağlayırlar, küçələrə çıxmağa icazə vermirlər. Nə uçuşlara, nə də məşqlərə icazə verirlər. Harasa oyun keçirməyə getmək istəsək, ölkədən çıxmağa icazə yoxdur. Lap çıxsan belə, getdiyin ölkəyə girə də bilməyəcəksən, geri qaytaracaqlar.

- Hazırda formalaşdırılması gözlənilən, çempionatda iştirak etmək istəyən başqa klublar da var?
- Əlbəttə. İclasda "Murov", "Abşeron", MOİK klubunun rəhbərliyi iştirak edirdi. Hamı oynamağa hazırdır, xəbər gözləyir. Amma bildiyiniz kimi, voleybola icazə yoxdur. Məsələn, futzala, olimpiya lisenziyası qazanmaq üçün cüdoçuların, karateçilərin təsnifat yarışlarında iştirakına xüsusi icazə verilib. Çünki lisenziya olmasa, olimpiadada iştirak edə bilməyəcəyik. Voleybolda topu əlinlə vurursan, digər oyunçulardan qayıdır, yenə sənin əlinə toxunur. Hər bir idman növündə xüsusi məqamlar var. Hər şey araşdırılır. Gözlənilən beynəlxalq yarışlar nəzərə alınır. Baxırlar ki, buna icazə verməyə dəyərmi, burada risk nə qədərdir? Təhlil apardıqdan sonra cavab veriblər. Hələ ki, icazə yoxdur. Gənclər və İdman Nazirliyinə müraciət olunub. Cavab gözləyirik.

- Birbaşa Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edə bilməzdiniz?
- Xeyr, bu, milli komanda olduğu üçün federasiya vasitəsilə Gənclər və İdman Nazirliyinə müraciət etmişik.

- Məsələn, futbolda AFFA birbaşa Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edir cavabı da oradan alır...
- İclasda Gənclər və İdman Nazirliyinin nümayəndələri də var idi. Bizdə qayda belədir. Dedilər ki, federasiya nazirliyə müraciət etməlidir.

- Nəyə ümid edirsiniz?
- İclasdan dərhal sonra xəbər yayıldı ki, aprelin 5-də məktəblər bağlanır. Deməli, vəziyyət pisləşir. Buna görə də icazə veriləcəyinə inanmıram. Amma müəyyən şərtlər var. O halda icazə verilə bilər ki, oyunçular hamısı bir yerdə qalsınlar. Lakin SMS tətbiq olunsa, buna da icazə verilməyəcək. Beynəlxalq oyunlar üçün vaxt getdikcə azalır. Aprelin 10-dək cavab verilməlidir. Gec olsa, heç bir mənası olmayacaq. İdmançı 1 illik fasilədən sonra dərhal ağır məşqlərə başlasa, zədələnəcək, bizə heç bir xeyir verə bilməyəcək. Ona görə burada vaxt məhdudiyyəti də var.

- Digər idman növləri ilə məşğul olan bəzi idmançılar ailələrini dolandırmaq üçün başqa işlərdə çalışırlar. Məsələn, biri taksi fəaliyyəti, digəri fəhləliklə məşğul olur. Voleybolçular arasında da belə hallar varmı?
- Mətbuatda belə hallarla bağlı xəbərlər oxumuşuq. Bilirsiniz, pul heç vaxt bəs etmir. Bu, mənim fikrimdir. Mən burada da işləyə bilərəm, şəxsi işlərim, əlavə gəlir mənbəyim də var. Bizdə qızlar var ki, dadlı şirniyyat bişirirlər. İndi onlar bunun satışı ilə də məşğul olurlar. Sözsüz, belə hallar var. Lakin yenə də həm klublar, həm də federasiya onlara dəstək olur. Maddi yardım da edirik. Hamımız bir ailə kimiyik.

- Hazırda "Azərreyl"in heyətində legionerlər var?
- Xeyr, çünki məşq, oyun yoxdur. Ötən mövsüm bitməmiş legionerləri ölkələrinə qaytardıq. Bu, onunla əlaqədar idi ki, karantinə görə sərhədləri bağlayırdılar. Hətta Seneqaldan bir oyunçumuz var idi, burada əlavə 4 ay əlavə qaldı. İngilis dilini də bilmirdi. Ona dəstək olduq. Sərhədlər açılan kmi evinə göndərdik. Legionerlər öz ölkələrində ən azı məşq edib, formada qalırlar. Burada qalmaları nə bizə, nə də onlara sərf edir.
 
Mənbə: Report.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

24 İyun 2021
02:54

Ukrayna yığmasından tarixi ilk

02:00

Ronaldu yeni rekorda imza atdı, Əli Daeiyə çatdı

01:50

AVRO-2020: Bütün nəticələr - YENİLƏNİR

01:32

Portuqaliya - Fransa matçının ən yaxşısı bilindi

01:26

AVRO-2020: 1/8 final cütləri bəlli oldu

01:19

Almaniya - Macarıstan matçının ən yaxşısı kim oldu?

00:59

AVRO-2020: "Ölüm qrupu"nda yalnız macarlar qaldı

23 İyun 2021
22:58

İsveç - Polşa matçının ən yaxşı futbolçusu bəlli oldu

22:28

Slovakiya - İspaniya matçının ən yaxşısı açıqlandı

20:59

Komandaları üz-üzə gəldi, azərbaycanlılar gözə dəymədi

19:27

"Neftçi" - "Dinamo" matçının başlama saatı açıqlandı

19:15

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

19:11

Buffon "Barselona"ya niyə "yox" dediyini açıqladı

18:36

Mahir Emreli "Krasnodar"ı da cəzalandırdı

18:25

"Real"ın kapitanı karyerasını bitirməyə qərar verdi

18:21

Millimizin daha bir üzvü Braziliya klubunda

17:29

Güləşçilərimiz olimpiadaya hazırlaşır - VİDEO

17:13

AVRO-2020: Mişel Platini favoritini açıqladı

16:59

"Qarabağ" Musa Qurbanlı ilə müqaviləni uzatdı

16:57

AVRO-2020: Niderland millisinin hücumçusu da sıradan çıxdı

16:50

"Zirə" əvəzedici komandaya baş məşqçi təyin etdi

16:22

Usman Dembele əməliyyat olunacaq

15:58

"Qarabağ"ın legioneri: "Hər kəs işinə ciddi yanaşır"

15:37

"Neftçi”nin rəqibi dəyişdi: Macarları kim əvəzləyəcək?

15:35

"Bu futbolçunun adı çox erotik səslənir" - Xumar Qədimova

14:58

"Avropa çempionatına qatılmaq əla olardı" - Canni De Byazi

14:46

Millimizdən qələbə

14:29

Azərbaycanlı məktəbli UEFA-nın layihəsində qalib oldu

14:06

"Qəbələ" və "Zirə" əvəzedici komandasını bərpa edir

12:47

"Səbail" kapitanı ilə müqavilə imzaladı

12:38

Azərbaycan millisinin futbolçusu Türkiyə klubunda

12:25

Pərviz Abdullayev İstanbulda döyüşəcək

11:59

Türkiyədə futbolçularımızın legioner statusu ləğv olunarsa... - Emil Şükürov şərh edir

11:40

"Qəbələ"nin hazırlıq planı və rəqibləri bəlli oldu

11:31

Türkiyə millisində növbəti qalmaqal - 75 milyon mükafat verdi

11:18

18 yaşlı futbolçu məşq zamanı öldü

10:57

PSJ Rafael Varan üçün irəli atıldı

10:30

Boksçumuz AÇ-də bürünc medal qazandı

10:23

"Traktor"un futbolçuları "Yaşa Azərbaycan" oxudu - VİDEO

10:05

"Beşiktaş"ın baş məşqçisi məlum oldu

09:26

"Beşıktaş"ın sahibi tarafdarıdır! - Azarkeşlər rəhbərliyə qarşı - VİDEO

08:30

AVRO-2020: Günün oyunlarına hansı telekanallarda baxaq?

01:37

Çexiya - İngiltərə matçının ən yaxşı futbolçusu müəyyənləşdi

01:14

Xorvatiya - Şotlandiya matçının ən yaxşı futbolçusu bilindi

00:54

AVRO-2020: İngiltərə və Xorvatiya 1/8 finala yüksəldi

22 İyun 2021
21:17

Enrike AÇ-dən sonra İspaniya yığmasından gedir? - ÖZÜ DEDİ

20:23

"Grand Chess Tour": Teymur Rəcəbov neçənci oldu?

19:50

13 qol vuruldu, yığmamız İsveçrəyə uduzdu

19:46

Türk futbolçu Milan "İnter"ində - RƏSMİ

19:22

"Grand Chess Tour": Rəcəbov Aronyana qalib gəldi

18:47

Fransa millisinin hücumçusu 4 ay oynamayacaq - SON DURUM

18:27

"Şadam ki, evimə qayıtdım" - Şəhriyar Rəhimov

17:52

"Qəbələ"dən ayrılan futbolçu Rumıniya klubunda

17:34

"Zirə"dən ayrıldı, "Səbail"ə keçdi

17:23

AVRO-2020: Joau Feliks geri döndü

16:43

Canni De Byazi: "Bunlar həqiqətə uyğun deyil"

16:06

AVRO-2020: Final oyununa 65 min azarkeş buraxılacaq

15:42

“Qarabağ”dan növbəti qələbə

15:34

Millimizin hücumçusu "Zirə"yə nə vaxt keçəcək? - SON DURUM

15:17

Dzyuba: "Qol buraxan kimi, bizi əsməcə tutur, təşvişə düşürük"

15:09

"Qarabağ"ın yeni transferi: "Burada gördüklərim məni heyrətləndirib"

14:47

"Yuventus" yeni futbolçu alır

14:28

Çempion güləşçilərimiz mükafatlandırıldı

13:49

"Qəbələ" legioneri ilə yolları ayırdı - RƏSMİ

13:23

Dünya Kubokuna qatılacaq şahmatçılarımız açıqlandı

12:59

Türkiyədə futbolçularımızın "yabancı" statusu ləğv olunarsa... - Vaqif Heydərli şərh edir

12:37

"Sumqayıt"ın hazırlıq planı bəlli oldu

12:18

Mahir Emrelidən anasının sualına diplomatik cavab

11:42

Messi Maskeranonun rekordunu təkrarladı

11:29

"Beşiktaş"da "zəlzələ": Çempion baş məşqçi komandanı tərk edir

Facebookdan bizi izləməyi unutmayın.