02:49 01.02.2020 899

Baş məşqçi postu, yoxsa hərraca çıxarılan lot?

AFFA İcraiyyə Komitəsinin (İK) köhnə-yeni tərkibinin ilk iclasında yığmanın boş qalan baş məşqçi postu ətrafında da müzakirə açılıb. Elxan Məmmədova inansaq, fərqli fikirlərin bolluğunda ortaq rəy formalaşdırmaq mümkün olmayıb. Yəni İK üzvləri 32 namizədin kimliyi ilə tanış olmalı, növbəti iclasda 13-15 nəfərlik daha qısa siyahı ətrafında müzakirə getməlidi. İTV-də çalışan həmkarımız Tural Dadaşov isə Məmmədovun əlinin altındakı vərəqlərdə adı yazılan beş məşqçini müəyyənləşdirib. Bunlar Canni Di Byaci, Luici Di Byaco, Çezare Prandelli, Oleq Kononov və Branko İvankoviçdi. Deyilənə görə, qalan 27 namizəd arasında həm yerlilər var, həm də əcnəbilər. Düzdü, daha orasını bilmirəm ki, Elxan bəy yerli mütəxəssislərlə bağlı da belə rəngli təqdimatlar hazırlayıb, ya yox.


Təbii ki, dünyanın bütün işsiz məşqçilərinin adını yazmaqla nəzəri cəhətdən nəinki 32, hətta 320 nəfərlik siyahı da hazırlamaq mümkündü. Əlbəttə, məntiqi və reallıq hissini unutmaq şərti ilə. Adam, sənin futbolunun müəyyən özəllikləri, yığmanın bəlli oyun üslubu var. Hansısa siyahı hazırlayarkən ilk növbədə məhz belə məqamlara diqqət yetirmək lazımdı. Bizimkilər atletik-fiziki hazırlığa söykənən futbol oynamağı bacarmır e, zorla deyil ki. Bu məsələdə məhz illərdi formalaşan ənənələr, ölkənin futbol irsi baza rolunu oynamalı, onun üzərində müəyyən şəkil dəyişiklikləri edilməlidi. Yoxsa sən futbolunu köklərindən qopar, azərbaycanlıdan italyanın müdafiə bacarığını, almanın əzmkarlığını, ingilisin sürətini um, görməyəndə də de ki, istədiyimi ala bilmirəm. Ala bilməzsən və almayacaqsan da.


Əvvəla, mən elə hesab etmirəm ki, yerli məşqçi nəsli mamontlar kimi çoxdan ölüb-qurtarıb. Bu gün də ən azı Yurçeviçin nəticəsini təkrarlamağa qadir yerli mütəxəssislər var. İkincisi, bir ölkənin futbol qurumu yığmasını niyə belə ucuzlaşdırsın, lot əvəzi hərraca çıxarsın ki? Elxan bəy və ona "düzdü, düzdü” deyən bəylər Azərbaycan yığmasını evlilik proqramlarına çıxan, özünə ər axtaran xanımlara bənzədirlər. Deyirlər ki, gəlin adayının keyfiyyətləri budu, yaxın durmaq istəyən varsa, buyursun. İndi bu 32 nəfər sıraya düzüləcək, biri "gəlin”in dişinə, o biri qaşına-gözünə, üçüncü Allah bilir, harasına baxacaq və beləcə Azərbaycan yığması yeni çalışdırıcısına qovuşacaq.


Təbii ki, ölkə futbolunun real potensialından xəbərdar olan istənilən başqa yazar kimi, mənim də yığmanın gələcəyi, perspektivləri ilə bağlı hansısa illüziyam yoxdu. Bununla belə, baş məşqçi postu ətrafındakı belə qeyri-ciddi oyunları, faktiki vəzifənin hərraca çıxarılmasını da qəbul edə bilmərəm. Ölkənin rəmzlərindən biri ilə belə oynamaq yaraşan hərəkət deyil. 30 milyon manatlıq büdcəniz var, nə qədər oyun mexanizmi qurursuzsa-qurun, daha binəva yığmanı niyə oyunlarınıza alət edirsiz?

 

 

HUŞƏNG, "Futbol+” qəzeti

Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2020
00:44

Useyn Bolt qızını göstərdi, adının mənasından yazdı - FOTO

07 İyul 2020
23:16

Türkiyə Superliqası: "Fənər" heç-heçə etdi

21:25

"Fənərbağça" aparıcı oyunçuları ilə bağlı qərar verdi

20:15

"Çelsi" Jorjinyonu bu qiymətə satır

19:25

"Roma"nın yeni baş məşqçisi kim olacaq? - Namizədlər

18:30

"Fənərbağça"nın oyunçusu "Real"ın "radar"ında

17:58

PL: "Arsenal" "Lester"ə qarşı, "Çelsi" "Pelas" səfərində

17:14

"Bavariya"nın Bundesliqadakı 100 qolu - VİDEO

16:49

"Borussiya"dan "Mançester Yunayted"ə ultimatum: 10 avqusta qədər...

16:08

"Barselona" təslim olmamaq üçün hər şeyi edəcək" - Setyen

16:07

Avrokubok təmsilçilərimiz yenidən koronavirus testindən keçəcək

15:34

A Seriyası: "Milan", yoxsa "Yuventus"?

15:17

"Səbail"in baş məşqçisi: "Onun gedişinə qarşı deyilik"

14:39

"Real"ın Mbappe planı: Transfer pulsuz başa gələcək

14:17

Operativ Qərargah 4 komandaya məşqlərə başlamağa icazə verdi

14:05

Azərbaycan vətəndaşlığından və yığmadan imtina edir

13:58

AFFA-dan kreativ addım: Biz hazırıq!

13:50

Sabiq "Qarabağ"la ABŞ-da yeni müqavilə imzaladı

13:46

"Milan"ın yeni baş məşqçisi o olacaq

13:12

"Çelsi"nin yeni forması - FOTOLAR

13:05

Robert Prosineçki: "Mən gələndə komanda sonuncu yerdə idi"

12:46

"Barselona" Messinin maaşını azaldır

12:14

Kəmaləddin Heydərovun rəhbəri olduğu federasiyada nə baş verir?

12:01

"Real"ın oyunçuları mükafatlardan imtina edir - SƏBƏB

11:40

"İnter"in "Barselona"dan tələbi: 90 milyon+oyunçu

11:39

Türkiyə millisinin sabiq üzvü "Qarabağ"a gələcək?

11:07

Rəşad Sadıqov Azərbaycan çempionatının ən yaxşı futbolçusunu açıqladı

11:02

Çılpaq şəkilləri silinən boksçu əsəbləşdi - FOTO

10:55

41 yaşında futbolla vidalaşdı

10:50

"Arsenal"ın hücumçusu "Yuventus" yolunda

10:36

Mourinyu 200-ə çatdı

10:31

Roman Qriqorçuk Azərbaycan millisində?

09:50

"Verder" Bundesliqada qaldı - VİDEO

09:48

Azərbaycanlı baş məşqçinin İndoneziyadan dönüşü dörd aya gerçəkləşdi

09:30

Mourinyu - Ançelotti duelindən portuqaliyalı qalib ayrıldı - VİDEO

09:10

"Beşiktaş" Prosineçkinin komandasına uduzdu - VİDEO

08:50

Kolumbiyalı fitnes-model 5 ən yaxşıdan biridi - FOTOLAR

00:30

"Həbibi yenən ilk idmançı olmaq istəyirəm"

06 İyul 2020
23:50

Con Terriyə baş məşqçilik təklif olundu

22:10

Bundesliqada mövsümün ən yaxşı 10 anı - VİDEO

20:30

"VAR daha çox "Real" kimi hücumameyilli komandaların işinə yarayır" - Simeone

19:15

Bundesliqada ən yaxşı hücumçular kimlərdi? - VİDEO

18:25

Dani Alves "Real"a söz atdı: "Bizə öyrətdilər ki, çempion olmaq üçün..."

17:54

COVİD-19-a qalib gələn ölkənin komandasında 11 futbolçu virusa yoluxdu

17:02

Van Damm Nurməhəmmədovla belə vidalaşdı: "Qardaş, heç vaxt qarşılaşmasaq da..."

16:51

"Keşlə"ni hədələdi: "Pulumu verməsələr, FIFA-ya şikayət edəcəm"

16:41

Çempionlar Liqası: 1/8 finalın cavab oyunlarının taleyinə aydınlıq gəldi

16:39

Casusluq edən keçmiş futbolçu həbs olundu

15:55

Ulduz futbolçunun evi qarət olunub

15:28

"Mançester Yunayted"də yeni müqavilə - FOTO

15:14

Siyasətçilərin azarkeşlik etdiyi Azərbaycan klubları - VİDEO

14:46

AzTV-nin iki məşhur siması koronavirusa yoluxdu - RƏSMİ

14:34

La Liqa klubunda yeni baş məşqçi - FOTO

14:00

"Real"dan son 32 ilin ən yaxşı göstəricisi

13:25

Azərbaycanlı dünya və Avropa çempionu dünyasını dəyişdi - FOTOLAR

13:23

Lebron Ceyms belə məşq edir - FOTO

13:04

Elmar Məmmədyarovun etimad göstərdiyi FK-lar: Siyahıda Mənsimovla Məmmədov da var

12:41

Messi "Barselona"dan ayrılır? - Prezidentdən açıqlama

12:02

"Nyukasl"ın oyunçusunu 3 Avropa klubu istəyir

12:00

"Formula 1"-də mövsüm başladı, Bottas Avstriyada qalib oldu

11:56

İngiltərə klubu millimizin futbolçusunun transferində israrlıdı

11:37

UFC çempionu insan həyatı qurtardı - FOTO

11:36

"VAR həmişə "Real"ın lehinə işləyir" - "Barselona"nın prezidenti

11:19

Türkiyəli gəlin azərbaycanlı əri ilə rinqə çıxdı - VİDEO

10:57

Xavinin müqaviləsini uzatdılar - FOTO

10:43

Premyer Liqada çempion müəyyənləşdi

10:17

Essyen Azərbaycan çempionatının ən yaxşı futbolçusunu açıqladı - FOTO

09:58

"Qalatasaray" "Trabzonspor"a belə uduzdu - VİDEO

09:54

Millimizin hücumçusu "Beşiktaş"a təklif olundu

09:44

"İnter" azlıqda qalan rəqibi ilə bacarmadı - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X  No Image