Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində növbəti matçını keçirib.
Fanat.Az xəbər verir ki, Albaniya ilə qarşılaşan yığma rəqibinə 21:13 hesablı qələbə qazanıb.
Yer aldığı B qrupunda bütün oyunlarını qələbə ilə başa vuran millimiz adını yarımfinala yazdırıb. Komandamızın yarimfinal qarşılaşması Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.