Azərbaycan Basketbol Liqasında bu gün IX tur start götürəcək.
Fanat.Az xəbər verir ki, turun ilk günündə bir oyun keçiriləcək.
Açılış matçında son ölkə çempionu "Sabah" NTD ilə üz-üzə gələcək.
A qrupunda baş tutacaq qarşılaşma "Sərhədçi"də keçiriləcək.
"Sabah" A qrupunda 15 xalla liderdir. NTD 9 xalla sonuncu - altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları 25, 26 və 27 dekabrda keçiriləcək.
Azərbaycan Basketbol Liqası
A qrupu
IX tur
24 dekabr
19:00. NTD – Sabah
Sərhədçi İdman Mərkəzi