Azərbaycan Basketbol Liqasında XIII turun daha bir oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, B qrupunun oyununda "Şəki" "Sumqayıt"la qarşılaşıb.
Şəki Olimpiya İdman Kompleksində baş tutan matçda qonaqlar 98:93 hesablı qələbəyə sevinib.
Turun əvvəlki oyunlarında "Naxçıvan" "Sərhədçi"ni 80:76, "Abşeron" "Sabah"ı 67:59, NTD isə "Neftçi"ni 105:100 hesabı ilə məğlub edib.
Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.