Azərbaycan Basketbol Liqasında millilərin oyunları ilə bağlı yaranan fasilədən istifadə edən iki komanda yoxlama görüşü keçirib.
Fanat.Az xəbər verir ki, "Quba" və NTD sınaq matçında üz-üzə gəliblər.
Görüş Azərbaycan Texniki Universitetinin idman zalında baş tutub.
Şəhriyar Əsgərovun rəhbərlik etdiyi kollektiv 61:78 hesabı ilə uduzub.