"Quba" basketbol komandası heyətini yeni oyunçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, bu barədə şimal təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Şəhriyar Əsgərovun baş məşqçisi olduğu kollektiv türkiyəli Tunahan Aslantaşla anlaşıb. O, mövsümün sonuna qədər komandanın uğurları üçün çalışacaq.
2003-cü il təvəllüdlü türkiyəli basketbolçu artıq "Quba"nın düşərgəsinə qoşulub. O, karyerası ərzində “Samsun İlkadım”, “Bossan”, “AAF Xırdalan” və “Sərhədçi” klublarında oynayıb.