Kişi basketbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, yığmamız DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsində son səfər matçına çıxıb.
Tahir Baxşıyevin yetirmələri Bakıda məğlub etdikləri Kosovonun qonağı olublar. Millimiz bu görüşdə uduzaraq sonuncu pilləyə enib.
Yığmamız seçmə mərhələdə son oyununu fevralın 23-də Bakıda İrlandiyaya qarşı keçirəcək.
DÇ-2027-nin seçmə mərhələsi
A qrupu
20 fevral
Kosovo – Azərbaycan – 81:79 (20:21, 23:20, 17:18, 21:20)
Priştina. Gənclər və İdman Sarayı.