“Naxçıvan” basketbolçusu Cermeyn Marrou yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
ABŞ-dən olan idmançı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Əvəzində Muxtar Respublika təmsilçisi yeni transfer reallaşdırıb. Klub 30 yaşlı Yaya Deyvisi heyətinə qatıb. Onunla mövsümün sonuna kimi müqavilə bağlanıb.
Qeyd edək ki, 195 sm boya malik basketbolçu son olaraq “Abşeron” klubunda forma geyinib.