Azərbaycan Basketbol Liqasının XV turunda daha bir görüş keçirilib.
Fanat.Az xəbər verir ki, A qrupunda NTD “Sərhədçi” ilə üz-üzə gəlib.
“Sərhədçi” İdman Mərkəzində baş tutan görüş ikincilərin qələbəsi ilə yekunlaşıb - 84:83.
Qeyd edək ki, XV turun daha əvvəl baş tutan qarşılaşmalarında “Neftçi” “Abşeron”u 80:56, "Ordu" "Quba"nı 103:68, “Kəpəz” isə “Sumqayıt”ı 90:81 hesabı ilə məğlub edib.