Azərbaycan Basketbol Liqasında XVIII turun daha bir oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, A qrupunda "Sabah" "Abşeron"u 99:64 hesabı ilə yenib.
Qarşılaşma "Sərhədçi" İdman Mərkəzində baş tutub.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Quba" "Lənkəran"ı 95:84, "Şəki" "Sumqayıt"ı 104:96, "Gəncə" isə "Ordu"nu 95:84 hesabı ilə üstələyib. Tura martın 16-da yekun vurulacaq.