Bu gün Azərbaycan Basketbol Liqasında XX tur start götürəcək.
Fanat.Az xəbər verir ki, müntəzəm çempionatın son turunun ilk günündə bir matç baş tutacaq.
B qrupunun görüşü Lənkəranda keçiriləcək. Qrupun autsayderi olan “Lənkəran” lider “Şəki” ilə görüşəcək. Görüş saat 14:00-da şəhər Olimpiya İdman Kompleksində baş tutacaq.
Qeyd edək ki, tura aprelin 6-da yekun vurulacaq.