Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci görüşləri start götürüb.
Fanat.Az xəbər verir ki, “Lənkəran” “Gəncə”ni qəbul edib.
Lənkəran Olimpiya İdman Kompleksində keçirilən matç Gəncə klubunun 100:74 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında baş tutan ilk görüşdə də Gəncə təmsilçisi qələbə qazanmışdı - 96:92.
Qeyd edək ki, pley-in mərhələsinin digər görüşləri sabah keçiriləcək.