Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin ilk oyunu "Şəki"nin qələbəsi ilə yekunlaşıb.
Fanat.Az xəbər verir ki, sözügedən komanda evdə "Gəncə"ni məğlub edib.
Görüş şəkililərin 85:84 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, tərəflərin ikinci oyunu aprelin 20-də baş tutacaq. Pley-offun birinci oyunları isə aprelin 19-da başa çatacaq.