"Gəncə"nin baş məşqçisi Halil Atlı Azərbaycan Basketbol Liqasının pley-off mərhələsidə "Şəki"yə uduzduqları oyundan sonra (84:85) açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, türkiyəli mütəxəssis klubun mətbuat xidmətinə danışıb:
"Rəqibimizi təbrik edirəm. Növbəti oyunu gözləyirik. Həmin matça uyğun hazırlaşacağıq".
Qeyd edək ki, tərəflər arasında ikinci qarşılaşma aprelin 20-də baş tutacaq.