Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ikinci oyunlarının təqvimi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, ilk olaraq aprelin 20-də, Gəncə İdman Sarayında, “Gəncə” və “Şəki” kollektivləri üz-üzə gələcəklər.
Qarşılaşma saat 14:00-da başlayacaq.
Növbəti gün iki görüş keçiriləcək. Sərhədçi İdman Mərkəzində “Sərhədçi” “Sabah”la, “Ordu” isə “Neftçi” ilə qarşılaşacaq.
Aprelin 22-də “Abşeron” “Naxçıvan”la münasibətlərinə aydınlıq gətirəcək. Son iki matç Bakı İdman Sarayında gerçəkləşəcək.
Oyunların start fiti saat 19:00-da səslənəcək.