Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev Beynəlxalq Basketbol Federasiyasının (FIBA) baş katibi Andreas Zaqklis, 3x3 basketbol yarışlarının meneceri xanım Yovana Vukoye və Basketbol Çempionlar Liqasının kommersiya direktoru Benjamin Qoute arasında görüş keçirilib.
Fanat.Az xəbər verir ki, görüş zamanı Azərbaycanda 3x3 basketbolun inkişafı və bu sahədə mövcud perspektivlər, həmçinin yeniyetmə basketbolçuların Basketbol Çempionlar Liqasında iştirakı məsələləri müzakirə olunub.
Tərəflər Azərbaycan klubların növbəti mövsümlərdə intensiv olaraq beynəlxalq arenalarda o cümlədən, Basketbol Çempionlar Liqasında iştiraqkının vacibliyini vurğulayıblar.
Bu istiqamətdə bu istiqamətdə atıla biləcək addımlar və mümkün əməkdaşlıq imkanları barədə fikir mübadiləsi də aparılıb. Eyni zamanda, görüşdə Azərbaycan Basketbol Liqasının (ABL) mütəşəkkil inkişafı, liqanın strukturunun təkmilləşdirilməsi, kommersiya potensialının artırılması, yerli klubların idarəçilik və infrastruktur səviyyələrinin beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin ölkədə basketbolun ümumi inkişaf strategiyası müzakirə olunub.