Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin ikinci oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, öncə "Şəki" "Sabah"ı qəbul edəcək.
Şəki Olimpiya İdman Kompleksində baş tutacaq görüş saat 14:00-da başlayacaq. İlk matç paytaxt təmsilçisinin 86:73 hesablı qələbəsi ilə yekunlaşıb.
İkinci oyunda isə "Neftçi" və "Abşeron" qarşılaşacaqlar. Bu matç saat 19:00-da başlayacaq. İlk qarşılaşma ağ-qaralar"ın 97:93 hesablı qələbəsi ilə yekunlaşıb.