Azərbaycan Basketbol Liqasında finala yüksələn ikinci komanda da bəlli olub.
Fanat.Az xəbər verir ki, "Neftçi" "Abşeron"u 81:72 ilə hesabı məğlub edərək finala vəsiqə qazanıb.
Beləliklə, "ağ-qaralar" həlledici raundda "Sabah"la mübarizə aparacaqlar.
"Sabah" ikinci görüşdə "Şəki"ni 96:72 hesabı ilə üstələyərək adını finala yazdırıb.