Azərbaycan Basketbol Liqasında final seriyası başlayır.
Fanat.Az xəbər verir ki, bu gün start götürəcək həlledici raundda "Sabah" və "Neftçi" komandaları üz-üzə gələcək.
Qarşılaşma Bakı İdman Sarayında keçiriləcək və saat 19:00-da start götürəcək.
Final seriyasında 4 qalibiyyət əldə edən komanda çempion olacaq. Növbəti üç matçın 4, 6 və 8 mayda keçirilməsi planlaşdırılır.