Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının ikinci matçı keçirilib.
Fanat.Az xəbər verir ki, son çempion “Sabah” Bakı İdman Sarayında “Neftçi”ni sınağa çəkib.
Rimas Kurtinaytisin komandası ikinci görüşdə də "ağ-qaralar"ı məğlub edib - 86:77.
Komandalar arasında növbəti iki qarşılaşmanın mayın 6-da və 8-də keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, final seriyasının birinci görüşdə "Sabah" rəqibini 94:89 hesabı ilə üstələyib.