Azərbaycan Basketbol Liqasının final seriyasında 5-ci oyun bu gün keçiriləcək.
Fanat.Az xəbər verir ki, "Sabah" - "Neftçi" qarşılaşması saat 17:00-da başlayacaq.
Görüş Bakı İdman Sarayında təşkil olunacaq. Klublar indiyədək hərəyə iki qələbə qazanıblar.
Qeyd edək ki, final seriyasında 4 qalibiyyət əldə edən komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.