Bəhreynin Manama şəhərində 160-dan çox milli federasiya rəsmilərinin iştirak etdiyi "FIBA Mid-Term Congress 2025” keçirilir.
Fanat.Az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, konqresdə ölkəmizi ABF-nin prezidenti Emin Əmrullayev və icraçı vitse-prezident Fərrux Mahmudov təmsil edir.
Burada FIBA-nın rəqəmsal inkişafı, qadın basketboluna dair prioritetlər, süni intellekt əsaslı həllər və yeni proqramlar təqdim olunur.
Basketbolun qlobal inkişafında müzakirə olunan bu trendlər gələcək üçün yeni imkanların qapısını açır.