"Sabah" basketbol komandası Trey Sampsonla yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
ABŞ-dən olan 25 yaşlı oyunçu ilə başa çatan müqavilə yenilənməyib.
O, bu ilin yanvar ayından paytaxt təmsilçisində çıxış edirdi.