Milli Basketbol Assosiasiyasının altıqat çempionu Maykl Cordan həyat yoldaşı İvetta Prieto ilə 115 milyon dollara başa gələn dəbdəbəli “M’Brace” yaxtasında Xorvatiyada istirahət edərkən görüntülənib.
Fanat.Az xəbər verir ki, şəkillər sosial şəbəkələrdə yayılıb.
Cordanın əvvəllər Joy adlı yaxtası var idi. Bu şəkillərdən aydın olur ki, əfsanə onu sataraq təzəsini alıb. Son illər əfsanəvi basketbolçu tətil üçün tez-tez Xorvatiyanı seçir.
Qeyd edək ki, Cordan ötən əsrin ən güclü idmançısı seçilib. Altı MBA çempionluğu titulundan əlavə, onun aktivində həm də beş dəfə müntəzəm mövsümün Ən Dəyərli Oyunçusu (MVP) mükafatı da var.