Bu gün basketbol üzrə 18 yaşadək qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunda mübarizəyə start verəcək.
Fanat.Az-ın məlumatına görə, C qrupunda yer alan təmsilçimiz ilk oyununu Bosniya və Herseqovina seçməsinə qarşı keçirəcək.
Litvada baş tutacaq matçın start fiti Bakı vaxtı ilə 21:30-da səsləndiriləcək.
Qeyd edək ki, Azərbaycan millisi daha sonra Ukrayna (5 iyul), Litva (6 iyul), İslandiya (8 iyul) və Kosovo (9 iyul) ilə qarşılaşacaq.
Nihat