Azərbaycanın basketbol üzrə qızlardan ibarət U-18 millisi ilk dəfə iştirak etdiyi Avropa çempionatının B divizionuna qələbə ilə başlayıb.
Fanat.Az xəbər verir ki, C qrupunda yer alan millimiz ilk oyununda Bosniya və Herseqovina yığmasını 83:81 hesabı ilə yenib.
Komanda qrupda növbəti oyunu sabah, Bakı vaxtı ilə saat 21:30-da Ukrayna seçməsinə qarşı keçirəcək.