Bu gün 16 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Albaniyada təşkil edilən Avropa çempionatının C divizionunun B qrupunda sonuncu matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, təmsilçimiz Cəbəllüttariq seçməsi ilə üz-üzə gələcək.
Oyun Bakı vaxtı ilə 23:30-da start götürəcək.
Azərbaycan yığması daha öncə San-Marinonu məğlub edibsə (105:60), Andorraya 42:52, Lüksemburqa 38:86 hesabı ilə uduzub.
Hazırda lider Lüksemburqun 8, Andorranın 5, Azərbaycan və San Marinonun hərəyə 4, Cəbəllüttariqin isə 3 xalı var.
Nihat